CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdə dincələn rus ulduz: "Moskvada məni Bakıdakı qədər tanımırlar"

Abunə olmaq
Rusiya şou-biznesinin parlaq siması və model Kseniya Burda Qəbələdə istirahət etmək üçün Azərbaycana gəlib.

BAKI, 2 avqust — Sputnik. Rusiya şou-biznesinin parlaq siması və model Kseniya Burda Qəbələdə istirahət etmək üçün Azərbaycana gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model burada çəkdirdiyi fotoları özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. 

Nura Suri - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Üç uşaq anası olan azərbaycanlı müğənni cazibədar bədəni ilə modellərə meydan oxuyur

O, dəfələrlə Azərbaycana gəlib və burada yalnız Bakıda dincəlib. Bu dəfə isə qız turistlər arasında populyar olan gözəl regionlardan biri Qəbələni ziyarət edib.

"Moskva məni Bakı kimi tanımır. Siz necə də emosiyada səxavətli xalqsız, bakılılar!" - Burda yazıb.

Nigar Camal Stas Mixaylovla duet oxumaqdan niyə imtina etdiyini açıqladı>>

Kseniya Burda model karyerasına 2009-cu ildə başlayıb və indiyədək şöhrətini saxlamağa müvəffəq olub. O, məşhur xarici brendlərin reklamlarına çəkilir. Bütün bunlarla yanaşı, Kseniya Rusiyanın ən məşhur Instagram-qızıdır. Onun bloqu çox maraqlıdır: öz videoçarxlarını çəkir, rəqs edir və geyimlərini nümayiş etdirir.

Burda bir çox qızlar üçün etalondur. O, ideal proporsional bədən quruluşuna malikdir: 48 kq çəkisi, 166 santimetr boyu var.

Xəbər lenti
0