Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada şöhrət qazanmış azərbaycanlı karyerasını Bakıda davam etdirmək niyyətindədir

© Instagram / emil_gzИзвестный российский модель азербайджанского происхождения Эмиль Гасанзаде
Известный российский модель азербайджанского происхождения Эмиль Гасанзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı model Emil Həsənzadə tarixi vətənini ziyarət edib və bura elə xoşuna gəlib ki, Moskvadakı işini atıb Bakıda karyera qurmağa qərar verib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Rusiyanın Azərbaycan əsilli məşhur manekeni Emil Həsənzadə 20 ildən sonra Miss&Mr National Azerbaijan gözəllik müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib və burada qalmağı planlaşdırır. Həsənzadə özü və model karyerası barədə daha ətraflı Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

Emilin valideynləri uzun illər əvvəl yaşamaq üçün Rusiyaya gedib. O, Moskvada doğulub və təhsil alıb. Birinci dəfə Bakıya 10 aylıq olanda gəlib və ilk addımlarını da burada atıb. 20 il keçəndən sonra cavan oğlan uşaqlığının şəhərinə qayıtmaq, amma bu dəfə daha inamlı addımlar atmaq qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Emil (@emil_gz)

https://www.instagram.com/p/BynbzZGHnqL/

"Valideynlərim Moskvada yaşayırlar. Ailəmiz həmişə Azərbaycan ənənələrini yaşatmağa çalışır, Novruzu qeyd edir. Azərbaycan yeməklərini, xüsusilə də şirin plovu çox sevirəm. Xalam onu əla hazırlayır. Onu hər gün yeyə bilərəm. Bütün valideynlərim arzulayırdı ki, Bakıya gedim və möcüzə nəticəsində bu, mənə nəsib oldu. Bura mənim çox xoşuma gəlir. Öz hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, nəsə aydın olmayan hislərdir. Mən şəhərin gözəlliyindən sadəcə şoka düşmüşəm" - deyə Həsənzadə bildirib.

Onun Bakıya gəlişində məqsəd Miss&Mr National Azerbaijan gözəllik müsabiqəsində iştirak etməkdir. O, artıq uzun illərdir ADDIM Gənclər Assosiasiyasının rəhbəri Hüseyn Cavadovla tanışdır. Onun sosial şəbəkədəki səhifəsində müsabiqənin elanına rast gəlib və burada öz gücünü sınamağa qərar verib. Kastinqlərdən keçib və iştirakçı olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Emil (@emil_gz)

https://www.instagram.com/p/B0Bug0PH4jq/

Həsənzadə ixtisasca sosial sahə meneceridir. Lakin cavan oğlan heç vaxt öz ixtisası üzrə işləməyib, çünki özünü daha çox yaradıcı insan kimi hiss edir. Həsənzadə həmçinin peşəkar futbolçudur və xeyli vaxt Almaniyada futbol oynayıb. O, idmanla model biznesini bir araya gətirib. Əvvəllər bu, sadəcə hobbisi olub, sonra isə pul qazanmaq vasitəsi.

"Pul qazanmağa başlayanda və sifarişlər artanda, model biznesi ilə ciddi şəkildə məşğul olmaq qərarına gəldim. Artıq məni tanıyırlar, dəvət edirlər. Hələlik beynəlxalq gözəllik müsabiqələrində iştirak etməmişəm. Dəvət ediblər, amma marağım olmayıb, həm də belə müsabiqələrə qatılmaq planlarıma daxil deyildi. Rusiyada çoxlu model agentlikləri ilə işləyirəm, üstəlik öz sifarişçilərim də var", - Həsənzadə deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Emil (@emil_gz)

https://www.instagram.com/p/BpPdQa7lyzb/

Bütün bunlarla yanaşı, o, özünü kinoda da sınayıb və hətta Sovet İttifaqının məşhur futbolçularından biri haqqında olan "Lev Yaşin. Arzularımın qapıçısı" bioqrafik filminə də çəkilib. Filmin premyerası 2019-cu ilin oktyabrında olacaq. Həsənzadə həmçinin İvana Çabbakın studiyasında aktyorluq sənətini öyrənir.

"Mən həyatımda planlar qurmuram, çünki planlar quranda Allah bizə gülür. Nə vaxtsa, nəsə planlaşdıranda, onsuz da istəıdiyin kimi getmir. Bakıda qalmaq istəyirəm, amma hələ dəqiq bilmirəm ki, bundan sonra nə olacaq. Ürəyim və instinklərim nə desə, onu da edəcəyəm" - Həsənzadə əlavə edib.

Model gələcəkdə yaxşı nəticələr əldə etmək üçün inkişaf etməyi qarşıya məqsəd kimi qoyub.

Xəbər lenti
0