CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın tanınmış parodiya ustası vəfat etdi

© Facebook / Hesen Cebrayilov ArdabilliParodiya ustası Həsən Cəbrayılov, arxiv şəkli
Parodiya ustası Həsən Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum Pirşağı qəbristanlığında dəfn olunacaq

BAKI, 31 iyul — Sputnik. Tanınmış parodiya ustası Həsən Cəbrayılov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, parodiya ustası bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə Bakıda fəaliyyət göstərən özəl klinikaya aparılıb və əməliyyat olunaraq ürəyinə stent yerləşdirilib. Daha sonra Semaşko adına xəstəxanaya (indiki Birinci şəhər klinik xəstəxanası) köçürülən sənətçi bu gün dünyasını dəyişib. Mərhum Pirşağı qəbristanlığında dəfn olunacaq.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Nəm-nəm"dən baş rejissorluğa gedən yolun yolçusu: "Aktyorlar canavara çevrilib"

Qeyd edək ki, H.Cəbrayılov 1949-cu ildə Tehranda dünyaya gəlib. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. 1964-cü ildə Bakıdakı 39 saylı məktəbdə orta təhsilini başa vuran H.Cəbrayılov 1968-ci ildə Rabitə Texnikumunu bitirib. Təhsilini Dövlət Politexnik İnstitutunda davam etdirib.

Aktyorluğa həvəsi onun yolunu Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsindən salıb. Burada 3 illik kurs bitirən aktyor həmçinin Tofiq, Əhməd və Abbasquluağa Bakıxanovlar haqqında iki kitabın, "Gül bir az" parodiyalar toplusunun və bir sıra digər nəşrlərin müəllifidir. 1980-ci ildən 2005-ci ilədək müxtəlif yarışların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi olub.

Həsən Cəbrayılov uzun illər Azərbaycan televiziyasının arxiv şöbəsində fəaliyyət göstərib.

Xəbər lenti
0