Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dilarə Kazımova: "Sizdən böyük enerji aldım"

© © Dilarə Kazımova tərəfindən təqdim olunubMəşhur azərbaycanlı müğənni Dilarə Kazımova "Hərəm" mahnısına klip çəkilişi zamanı
Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova Hərəm mahnısına klip çəkilişi zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu səhnə həyəcandır, enerjidir və zövqdür”

BAKI, 30 iyul — Sputnik. Azərbaycanlı müğənni Dilarə Kazımova "Jara" festivalından sonra öz təəssüratlarını bölüşüb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz "Instagram" hesabında paylaşım edib:

"Ötən gün "Jara"da yeni ərsəyə gətirdiyimiz "Harem"i səsləndirən zaman anladım ki, bu bəstə həqiqətən sevildi və əhvalınızı oxşadı. Sizin kimi zövqlü tamaşaçıların bəyənməsi məni daha da ruhlandırır. Sizdən böyük enerji aldım.

Публикация от D I L A R A (@dilarakazimova)

O ki qaldı "Jara"ya... Bu səhnə həyəcandır, enerjidir və zövqdür. Burada olmaq doğrudan da çox isti idi. Başda Emin Ağalarov olmaqla bütün əziyyəti keçənlərə təşəkkür edirəm".

Qeyd edək ki, Dilarə Kazımova azərbaycanlı ulduzların da dəvət aldığı "Jara" festivalında iştirak edib. Festival 25-28 iyul tarixində Emin Ağalarovun təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti
0