CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tamam, yoxsa davam? - Yüzlərlə mədəniyyət müəsissəsinin aqibətinə aydınlıq gətirildi

© Sputnik / Kemale AliyevaМинистр культуры и туризма Абульфас Гараев
Министр культуры и туризма Абульфас Гараев - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik tərəfindən hazırlanan layihə təsdiq olunduqdan sonra yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Kitabxana və klubların idarə olunması, bu qəbildən olan mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması, eləcə də uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulması ilə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayonunda vətəndaşları qəbul etdikdən sonra keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, artıq sözügedən müəsissələrlə bağlı layihə hazırdır.

Конференция на тему Азербайджанские национальные музыкальные инструменты: прошлое и настоящее - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyorun ixtira etdiyi musiqi alətləri – qeyri-adi səslər... – VİDEO

Xatırladaq ki, 2019-cu il yanvarın 15-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdı. Fərmana əsasən, nazirliyin tabeliyindəki kitabxanalar ləğv edilməli, yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sistemi yaradılmalı, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanmalı idi.

Ə.Qarayev fərmanla bağlı açıqlama verərkən bildirmişdi ki, fərmandan irəli gələn məsələlərin həlli üçün nazirliyin daxili əmri ilə müvafiq işçi qrupları təşkil edilib. İşçi qruplarına fərmanın müvafiq bəndlərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasının aparılması, fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, Nazirliyin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasının aparılması, fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasının aparılması, fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Fiziki məhdudiyyətdən musiqi ilə qurtulan gənc müğənni  - Sputnik Azərbaycan
VİDEO
Fiziki məhdudiyyətdən musiqi ilə qurtulan gənc müğənni

Məhz bundan sonra ictimaiyyətdə müxtəlif fikirlər səsləndirildi. Mədəniyyət müəsissələrinin bağlanacağı ehtimalı ciddi narahatlıq yaratdı.

Hətta Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı narahatlığını dilə gətirən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: "Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Bunu mütləq və mütləq saxlamaq lazımdır", - demişdi.

Rektor bildirmişdi ki, musiqi məktəblərini ixtisara salmaq, xüsusilə rayonlarda azaltmaq olmaz:

"Biz rayonları nəyə görə diqqət mərkəzində saxlayırıq? Şəkidə Firəngiz xanım öz festivalını keçirir. Qəbələ festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən möhtəşəm orkestrlər, solistlər gəliblər. Camaat indi özləri ailə üzvləri ilə konsertlərə gəlir. Yəni mühit dəyişir. Rayonlarımızda musiqi məktəbləri çox vacibdir. Ona görə çox xahiş edirəm, biz nəbadə onlara toxunaq".

Martın 5-də rektorun fikirlərini şərh edərkən Mədəniyyət naziri Əbülfəs Qarayev: "Elə bölgələrimiz var, 6-7 musiqi məktəbi var. Musiqi məktəblərinin bağlanmasından söhbət getmir. Regionlarda yararsız halda olan musiqi məktəbləri də nazirliyin diqqətindədir. Bəzi regionlarda 5, bəzilərində 6 musiqi məktəbi var. Elələri var ki, onlar həddən artıq yararsız haldadır. O məktəblərin yerinin dəyişdirilməsindən və ya əsaslı təmirindən söhbət gedə bilər", - söyləmişdi.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Sputnik Azərbaycan-a açıqlamasında təsdiq gözlədiklərini dedi: "Nazirlik tərəfindən hazırlanan layihə təsdiq olunduqdan sonra yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Orada bütün detallar aydın görünəcək. Nazirliyin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri, klublar, kitabxanalar, nazirliyin ümumi regional idarəetməsində olan müəssisələrin fəaliyyəti ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim edilib".

Natiq Rəsulzadə - Sputnik Azərbaycan
Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”

Musiqi məktəblərinə qəbulla bağlı isə nazirlik yetkilisi bunları bildirdi:

"İşə qəbul bu il nəzərdə tutulandır. Hansı məktəblərdə vakant yer varsa, bununla bağlı elektron müraciət edilib. Bir ay ərzində olunmuş müraciətlər nazirliyin komissiyası tərəfindən baxılıb və 120 nəfər işə qəbul olunub. Qəbul olmuş şəxslərin siyahısı nazirliyin rəsmi saytında, elanlar bölümündə yerləşdirilib. Artıq bir neçə ildir ki, musiqi məktəblərinə qəbul bu üsulla aparılır. Əvvəllər musiqi diplomu olan şəxs məktəb direktoruna və ya mədəniyyət idarəsinə müraciət edərək işə qəbul olunurdusa, indi artıq mərkəzləşdirilmiş sistemlə bu proses həyata keçirilir".

Xatırladaq ki, hazırda Azərbaycanda 230-dan çox musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 38-i Bakıda yerləşir.

Xəbər lenti
0