CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin növbəti "Jara" festivalının tarixini açıqladı

© Sputnik / Murad OrujovЭмин во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля "Жара"
Эмин во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni beynəlxalq layihənin yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Jara-2020" beynəlxalq musiqi festivalının keçiriləcəyi tarixi açıqlayıb. Müğənni Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 2020-ci ildə festival 30 iyul-2 avqust tarixlərində keçiriləcək.

Самые красивые девушки на красной дорожке четвертого дня музыкального фестиваля Жара-2019 в Баку - Sputnik Azərbaycan
FOTO
"Jara"nın sonuncu gününün ən gözəl qızları

"Gələn il bizim layihənin yubileyidir, ona görə də onu daha möhtəşəm keçirmək istəyirik. Stasionar səhnə qurmaq və "Sea Breeze Resort"un çardağında daha bir baxış meydançası təşkil etmək niyyətindəyik. Artistlərin sayı da artacaq", - Emin bildirib.

"Jara-2019" festivalı iyul ayının 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçirilib.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0