CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leyla Əliyeva - "Jara" hər il daha möhtəşəm olacaq

Abunə olmaq
"Bakıda, Xəzərin sahilində keçirilən musiqi festivalı birlikdə xeyli xeyirxah işlər görmək üçün yeni insanlarla tanış olmağa imkan yaradır"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. "Jara" beynəlxalq musiqi festivalı Azərbaycana daha çox qonağın gəlməsi üçün əla imkandır.

Группа НА-НА - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Na-na" qrupu Bakıdakı görüş haqda: "Bir ömür bizim yadımızdan çıxmaz"

Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva deyib.

"Festivalın hər günü sehrli idi. Məndə elə təəssürat yaranmışdı ki, bu günlərin sonu yoxdur. Əminəm  ki, bu festival hər il daha möhtəşəm olacaq. Bu layihə gözəl insanlarla tanış olub, gələcəkdə birlikdə xeyli faydalı iş görmək üçün imkan yaradır. Ancaq xeyirxah işlər görmək lazımdır, çünki hər şey yüz deyil, minqat əvəzi ilə geri qayıdır", -deyə Leyla Əliyeva qeyd edib.

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Бари Алибасов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan xörəkləri zəhərlənən prodüseri "sağaltdı"

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.

Xəbər lenti
0