CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənninin mahnısını dinləmək üçün bir dollar ödəməlisiz

Abunə olmaq
Bu barədə sənətçi öz Instagram səhifəsində paylaşım edib

BAKI, 26 iyul — Sputnik. Azərbaycanlı müğənni Nərmin Kərimbəyova maraqlı addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin yeni mahnısını dinləmək üçün 1 dollarınızdan keçməlisiniz. Bu barədə sənətçi öz Instagram səhifəsində paylaşım edib: "Və nəhayət mənim yeni "Verni lyubov"(Qaytar eşqimi) adlı mahnım bütün musiqili platformalarda kartla cəmi 1$ ödəyərək alına bilər. Tezliklə isə bütün yerli radiolarda təmənnasız"

Посмотреть эту публикацию в Instagram

Публикация от Narmin Karimbayova (@narmin_karimbayova)

Qeyd edək ki, Nərmin Kərimbəyova 2015-ci ildə Azərbaycan Televiziyasında yayımlanan "Səs Azərbaycan" musiqi yarışmasına qatılaraq, layihənin yarımfinalına qədər irəliləyə bilib. 2017-ci ildə Bakı şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında "Zirvə" mahnısını ifa edib. 2018-ci ilin may ayından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestri və "Nur" rok qrupu ilə çalışır.

Xəbər lenti
0