Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist ölkəmizi İtaliyada təmsil edəcək

Abunə olmaq
Afaq Abbasova azərbaycanlı vokalçılar arasında ilk dəfə belə mötəbər tədbirə dəvət alıb

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, "Humay" milli mükafatı laureatı Afaq Abbasova İtaliyada keçiriləcək Beynəlxalq "Tagliacozzo" Festivalında çıxış etmək üçün dəvət alıb.

Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"

Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar artist avqustun 1-də 35-ci dəfə keçiriləcək bu mötəbər tədbirin açılış mərasimində çıxış edəcək, İtaliyanın tanınmış vokalçıları ilə eyni səhnəni bölüşəcək.

Son illərdə İtaliyanın Azərbaycandakı Səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində layihələr gerçəkləşdirilir. İtaliyadan dəvət olunmuş dirijor və vokalçılar Opera və Balet Teatrının səhnəsində çıxış edirlər, teatrda italiyalı sənətkarlar və vokal ustalarının yaradıcılığını əks etdirən sərgilər təşkil olunur.

Qeyd edək ki, gənc vokalçımız Afaq Abbasova azərbaycanlı vokalçılar arasında ilk dəfə belə mötəbər tədbirə dəvət alıb. 

Xəbər lenti
0