Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezidentin nəvəsi "Festival gündəlikləri" layihəsinin aparıcısı olacaq

© Instagram / aliagalarovЭмин Агаларов и Али Агаларов
Эмин Агаларов и Али Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Ağalarov sosial şəbəkə istifadəçiləri üçün "Jara-2019" layihəsindən maraqlı çarxlar paylaşacaq.

BAKI, 25 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsi, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva və Azərbaycanın Xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində "Festival gündəlikləri" layihəsinin aparıcısı olacaq. Sputnik Azərbaycan xəbər verir ki, Əli Ağalarov festivaldan ən maraqlı görüntüləri çəkərək sosial şəbəkələrdə paylaşacaq.

Bu barədə məlumatı balaca Ağalarov özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Festival boyu o, qırmızı xalıdan, kulisdən müxtəlif videoreportajlar, həmçinin ulduzlarla müsahibələr hazırlayacaq.

Əlinin 10 yaşı var və o, "Oxbridge Academy"də təhsil alır. Boş vaxtlarında dostları ilə Fortnite onlayn oyununu oynayır və musiqiyə qulaq asır. Onun sevimli ifaçısı Elceydir (Eljey). Ona olan sevgisi Əlidə özünü musiqiyə həsr etmək arzusu oyadıb. Nəticədə Əli "Zima" beynəlxalq musiqi festivalında iştirak edib. Hazırda sosial şəbəkədə öz bloqunu idarə edir.

Посмотреть эту публикацию в Instagram

Публикация от @aliagalarov

"Jara-2019" festivalı iyul ayının 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Festivalın bugünkü açılış mərasimində Filipp Kirkorov, Olqa Buzova, Emin Ağalarov, Monatik və digər müğənnilər çıxış edəcəklər. İyulun 26-da "Lyube" qrupunun yaradılmasının 30-cu ildönümünə həsr olunan yaradıcılıq gecəsi başlayacaq. Gecədə İvanuşki International, Viktoriya Dayneko, "Fabrika" və "Qorod 312" qrupları iştirak edəcəklər. Burada Kirkorov, Alyona Apina, Nataşa Koroleva, Miti Fomina, "Otpetıye moşenniki", "Na-na" və digərlərinin çıxışı gözlənilir.

İyulun 27-də Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi olacaq. İyulun 28-də festivalın bağlanışında isə Cah Xalib, Lyoşa Svik, Tima Belorusski və "Black Star" leyblının artistləri çıxış edəcəklər.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0