21:05 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Filipp Kirkorov

Kirkorov: Təəccüblüdür ki, hələ də Emin Ağalarov kimi "Don Kixot"lar var

© Sputnik / Kemale Aliyeva
MƏDƏNİYYƏT
Qısa URL
218510

Rusiyanın pop kralı Filipp Kirkorov Bakıya gəlməzdən qabaq uşaqlarına "Brilyant əl" filmini izlədib ki, İçərişəhərdə onun çəkildiyi yeri onlara göstərsin.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Rusiyanın xalq artisti Filipp Kirkorov "Jara-2019" beynəlxalq musiqi festivalında iştirak etmək üçün uşaqları ilə birlikdə Bakıya gəlib. Aeroportda müğənnini Azərbaycan və Rusiya KİV-lərinin nümayəndələri qarşılayıb. Müğənni məmnuniyyətlə jurnalistlərin, o cümlədən də Sputnik Azərbaycan-ın müxbirinin suallarını cavablandırıb.

Филипп Киркоров
© Sputnik / Kemale Aliyeva
Filipp Kirkorov

- "Jara" festivalı tamaşaçıları nə ilə təəccübləndirəcək?

- Təəccübləndirmək həqiqətən lazımdırmı? İndi başqa zamandır, bu gün əsas məyus etməməkdir. Bəyənmək və təəccübləndirməyin ardınca ən vacib şeyi - ruhu itiririk. Yaradıcılıq belə eksperimentlərə hazır deyil. Bu gün sağlam yaşayırsansa, artıq təəccübləndirirsən. Bir bədbəxtlik baş verəndə və dünya buna etinasız yanaşanda, mən təəccüblənirəm. Məni həmişə heyran olduğum prozaik şeylər - insanlıq, məhəbbət, gözəl mahnılar daha çox təəccübləndirir. Təəccübləndirmək primitiv və darıxdırıcıdır.

Филипп Киркоров с детьми
© Sputnik / Kemale Aliyeva
Filipp Kirkorov uşaqları ilə

Bu gün biz sənətçiləri və tamaşaçıları hələ də bir-birinə bağlayan incə telləri, oxşar konsertləri, yığıncaqları, festivalları, onlar üçün vaxt tapmağı qoruyub saxlamaq daha vacibdir. Mən heç vaxt, xüsusilə də son zamanlar qarşıma təəəccübləndirmək kimi bir məsələ qoymuram. Səhnəyə çıxacağıq, duetlər oxuyacağıq. Sağ olsun ki, qonaqpərvər Emin hər şeyi özü, hətta bizimki kimi böyük kollektivi belə qəbul eləməyə hazırdır. Baxın, məni bu təəccübləndirir ki, hələ də Emin Ağalarov kimi iqtisadi baxımdan o qədər də əlverişli olmayan bir vaxtda Yaxın və Uzaq xaricin ən top artistlərini dəvət edərək belə möhtəşəm festivalı keçirməyə hazır olan "Don Kixot"lar var. Festival ən gözəl və qonaqpərvər mühitdə keçiriləcək. Azərbaycan torpağı çox qonaqpərvərdir.

- Həmişə uşaqlarla səyahət etmək sizə çətin deyil ki?

Дети Филиппа Киркорова
© Sputnik / Kemale Aliyeva
Filipp Kirkorovun uşaqları

- Mənim onlarla birgə vaxt keçirməyə zamanım çatmır. Ona görə də onlarla vaxt keçirmək üçün hər bir fürsətdən istifadə edirəm. Sonuncu dəfə biz birlikdə istirahət etmək üçün Bolqarıstana və ABŞ-a getmişik. Onlar həmişə mənimlə birlikdədirlər. İndi yaydır, onlar məktəbə getmirlər. Martin birinci sinfə hazırlaşır, Alla-Viktoriya isə ikinci sinfə gedəcək.

- Uşaqlarınızla birlikdə Bakıda hansı məkanları ziyarət etmək istəyirsiniz?

- Hələlik onlara heç nə deməmişəm, istəyirəm ki, hər şey sürpriz olsun. Onlar hər şeyi ilk dəfədir görürlər. Onlar məndən soruşurlar ki, üzə biləcəklər? Biz axşamlar hovuzda üzürük. Onlara İçərişəhəri göstərmək istəyirəm. Çünki mən hələ belə gözəl qədim şəhər görməmişəm. Mən bu yer, onun küçələri, döngələri üçün darıxmışam. "Brilyant əl" filminin çəkilişləri olan yerə çatanda mütləq "çort poberi" deyəcəyəm. Uşaqlar bura gəlməmişdən qabaq həmin kadrlara baxıblar və indi həmin yeri görmək istəyirlər. Həmçinin onlar festivalı da ziyarət edəcəklər. Burada onların sevimli artistləri çıxış edəcək.

Филипп Киркоров
© Sputnik / Kemale Aliyeva
Filipp Kirkorov

- Bakı sizdə hansı assosiasiyanı doğurur?

- Sevinc, günəş, dostluq, mahnı, Maqomayev və əlbəttə ki, "Jara". Bu il mən də Bakıda böyük konsert verməyə hazırlaşıram. İndi yaradıcılıq və emosional akkumulyatorumun enerji yığması mənim üçün çox vacibdir ki, artıq payızda bura gəlim və Franqo Draqone ilə birlikdə hazırladığımız yeni "Əhvalın rəngi" şousunu nümayiş etdirim. Bir neçə il əvvəl mən Bakıda "Mən" şousunu nümayiş etdirmişdim. İndi isə yeni layihənin vaxtıdır. Bəzi yeni mahnılarımı festivalda ifa edəcəyəm. Biz artıq konsert üçün yeni dekorasiyaları hazırlamışıq. Bəzi nömrələrin əsas məşqləri məhz Bakıda olacaq.

- Siz hər il bakılı tamaşaçıları Azərbaycanda dilində olan yeni sözlərlə təəccübləndirirsiz...

- Bəli, bu dəfə də ənənəmi davam etdirəcəyəm. Mən artıq festivalda deyəcəyim mətni hazırlamışam.

Филипп Киркоров в Баку
© Sputnik / Kemale Aliyeva
Filipp Kirkorov

- Sizin Azərbaycanın xalq artisti Aygün Kazımova ilə duetiniz hazırdır?

- Bəli, hazırdır. Bu mahnı Calma adlı gözəl qadın haqqındadır. "Jara"da həmçinin müğənni Zivertlə duet oxuyacağam, öz yeni "Stesneniye propalo" hitimi ifa edəcəyəm. Ona artıq yeddi milyon adam baxıb və yəqin ki, onların çoxu Azərbaycandandır. Bundan başqa, festivalın dəqiq proqramını bilmirəm, mənə nə desələr, onu da oxuyacağam. Biz bura oxumağa və istirahət eləməyə gəlmişik.

Əsas mövzular