CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəbnəm Tovuzlu: "Mən hələ ölməmişəm ki"

Abunə olmaq
Yeni klipə inanılmaz sayda insan baxıb

BAKI, 24 iyul — Sputnik. Azərbaycanlı müğənni Şəbnəm Tovuzlunun yeni klipi sosial şəbəkədə milyonlarla baxış sayı yığmağı bacarıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Mən hələ ölməmişəm ki" adlı yeni klipi "Youtube" izləyicilərinin böyük marağına səbəb olub. Belə ki, qısa vaxt ərzində yeni klipi 2.5 milyon insan izləyə bilib. Sözləri və musiqisi Elçin Məhərrəmova məxsus mahnıya çəkilən klipin rejissoru Şəhanə Ayazqızı, operator və montaj işi isə Xətai Müzəffəriyə məxsusdur.

Qeyd edək ki, klip Türkiyədə lentə alınıb. Müğənni özü də görülən işdən razılığını dilə gətirərək "Klip çox gözəl alındı. Çox sayda izləyən var. Bütün məni sevənlərə təşəkkür edirəm" deyə minnətdarlığını bildirib.

Xəbər lenti
0