13:39 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Ermənistanın xalq artisti Siruşo

Ermənistanın xalq artisti beynəlxalq festivalda Azərbaycan mahnısını oxudu

© Instagram / sirushoofficial
MƏDƏNİYYƏT
Qısa URL
866 0 0

Ermənistanın xalq artisti Siruşo Layma Vaykulenin "Layma Randevu" beynəlxalq musiqi festivalında Azərbaycanın xalq artistinin mahnısını oxuyub

BAKI, 23 iyul — Sputnik. Ermənistanın xalq artisti, daha çox Siruşo kimi məşhur olan Siranuş Arutyunyan 18-21 iyul tarixlərində Yurmalada keçirilən, Layma Vaykulenin "Layma Randevu" beynəlxalq musiqi festivalında Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın repertuarından olan "Vokaliz" kompozisiyasını ifa edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni festivaldakı çıxışından əvvəl məşq zamanı çəkilən çarxı özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Siruşo festivalda öz repertuarından olan mahnılarla yanaşı, Brilliant Dadaşovanın məşhur "Vokaliz"ini də ifa edib.

Qeyd edək ki, bu mahnını dəfələrlə müxtəlif erməni müğənnilər də oxuyublar. 

Layma Vaykulenin festivalında hər il Rusiya, Latviya, Ukrayna, Belarus və digər ölkələrdən olan ulduzlar iştirak edirlər. Təşkilatçılar Yurmalanın qonaqlarının bütün xərclərini öz üzərlərinə götürürlər və ən adlı-sanlı müğənnilər də burada qonorarsız oxuyurlar.

Siruşo Serbiyanın Belqrad şəhərində keçirilən "Avroviziya -2007" beynəlxalq mahnı yarışında Ermənistanı "Qele, qele" mahnısı ilə təmsil edəndən sonra məşhurlaşıb.

Əsas mövzular