Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tom Henksin yeni filminin ilk treyleri yayıldı - VİDEO

© AFP 2023 / DANIEL LEAL-OLIVASTom Henks
Tom Henks - Sputnik Azərbaycan
Abunə olmaq
Film müasir dövrdə yaxşılıq etməkdən bəhs edir

BAKI, 23 iyul — Sputnik. Tom Henksin rol aldığı "Qonşuluqda gözəl gün" filminin ilk treyleri yayılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ekran əsəri real hadisələr əsasında çəkilib. Filmdə kompleksiz jurnalist Tom Cunonda (Metyu Rizin qəhrəmanı -red.) tanınmış uşaq verilişinin aparıcısı Fred Rodcers haqqında yazı hazırlamaq tapşırığı verilir. O, verilən tapşırığa həvəssiz yanaşsa da, müəyyən dövrdən sonra müsahibinə maraq oyanır.

Film müasir dövrdə yaxşılıq etməkdən bəhs edir. Personajının əsas məqsədi "Dünyada insanların qiymətsiz olmasını anlatmaqdan gözəl heç nə yoxdur" fikrini aşılamaqdır.

Qeyd edək ki, rejissoru Mariel Heller olan filmin 2019-cu ilin noyabrından nümayiş olunacağı nəzərdə tutulur. Filmdə əsas rolları Metyu Riz və Tom Henks ifa edir.

 

Xəbər lenti
0