CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elzadan daha bir qəribə addım

© Instagram / elzaseyidcahanAzərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan - Sputnik Azərbaycan
Abunə olmaq
Elza Seyidcahan digər həmkarlarından fərqli olaraq bu yay istirahətdən imtina edib.

BAKI, 20 iyul — Sputnik. Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan bu dəfə də qeyri-adi addımı ilə hamını təəcübləndirməyi bacarıb. Sputnik Azərbaycan xəbər verir ki, ekstravaqant müğənni öz Instagram hesabında maraqlı paylaşım edib. Qumlu bədən fotosunu yayımlayan Elza Seyidcahan "Qumlu makiyajımızla axşam konsertimizə hazırlaşırıq" deyə bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от elzaseyidcahan (@elzaseyidcahan)

Qeyd edək ki, Elza Seyidcahan digər həmkarlarından fərqli olaraq bu yay istirahətdən imtina edib. Müğənni açıqlamasında səbəb kimi yarımçıq qalmış musiqiləri tamamlamağı göstərib. Eyni zamanda müğənninin uzun müddət Amerikada yaşayan bacısı Rasimə də artıq Azərbaycana gəlib. Birlikdə layihələrinin olmasını bildirən müğənni yaxın vaxtlarda onları təqdim edəcəyini söyləyib.

 

Xəbər lenti
0