CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günay İbrahimlidən növbəti hit ola biləcək mahnı - VİDEO

© Instagram / gunay_ibrahimliИзвестная азербайджанская исполнительница Гюнай Ибрагимли
Известная азербайджанская исполнительница Гюнай Ибрагимли - Sputnik Azərbaycan
Abunə olmaq
Mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Nadoya məxsusdur. Animasiya janrında olan klipin qrafik dizayneri Ramil Quliyevdir.

BAKI, 20 iyul — Sputnik. Müğənni Günay İbrahimlinin yeni mahnısı artıq dinləyicilərin ixtiyarına verilib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin yeni mahnısı sosial şəbəkədə yerləşdirilib.

Şou-biznes əhlinin istirahətə üstünlük verdiyi vaxtda Günay İbrahimli yeni "Vallah" adlı mahnısını təqdim edib. Mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Nadoya məxsusdur. Animasiya janrında olan klipin qrafik dizayneri Ramil Quliyevdir.

Qeyd edək ki, müğənni 2011-ci ildə "Eurovision" milli seçim turlarına qatılıb və finala qədər irəliləyə bilib.

"Mən də sənən inanırdım", "Dəlisiyəm gecənin", "De onun adı nədir" mahnıları Günay İbrahimlini pop janrında oxuyan müğənni kimi ölkədə ulduz etməyi bacarıb.

Xəbər lenti
0