CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brilliant Dadaşova həyat yoldaşını qeyri-adi şəkildə təbrik edib

© Instagram / brilliantdadashovaБриллиант Дадашева
Бриллиант Дадашева - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti həyat yoldaşına ad günündə verdiyi sözü yerinə yetirib.

BAKI, 20 iyul — Sputnik. Xalq artisti Brilliant Dadaşova öz həyat yoldaşı - Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə mahnı həsr edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin bu addımı həyat yoldaşının 60 illik yubileyi ilə bağlıdır.

Brilliant Dadaşova yeni kompozisiyasından bir fraqmenti özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Mahnının sözləri və musiqisini Fərid Kərimli yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Brilliant Dadashova (@brilliantdadashova)

"Ədalət müəllim, bir neçə gün bundan əvvəl, biz sənin ad gününü qeyd edərkən, demişdim ki, sənə mahnı həsr etmişəm. Mahnı artıq hazırdır. Kompozisiya "Səni sevirəm" adlanır. 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidəki hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm!" - Dadaşova Instagramda yazıb.

Qeyd edək ki, Brilliant Dadaşova musiqi karyerasına 1983-cü ildə Eldar Mansurovun mahnısı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Akif İslamzadə ilə birlikdə oxuduğu "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra Dadaşova Moskva və Sankt-Peterburqda verdiyi solo konsertlərlə ölkəsini Rusiyada təmsil edən ilk müğənni olub.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb.

Xəbər lenti
0