Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Daha bir teatr istirahətə yollanır

© © BUT-un mətbuat xidmətiBakı Uşaq Teatrının "Sehrli tütək" tamaşası
Bakı Uşaq Teatrının Sehrli tütək tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri "Gümüş Körpə" medalyonu və fəxri fərmanla mükafatlandırılacaq

BAKI, 15 iyul — Sputnik. Azərbaycan teatrları artıq istirahətə yollanırlar. Növbəti teatr mövsümünün bağlanışı 2001-ci ildən fəaliyyət göstərən Bakı Uşaq Teatrında baş tutacaq. Sputnik Azərbaycana tetarın mətbuat xidmətindən verilən məlumata görə, artıq 17 mövsümdür ki, öz pərdələrini tamaşaçıların üzünə açan teatr hər il olduğu kimi bu dəfə də açılış və bağlanış zamanı iki tamaşa ilə ( böyüklər və uşaqlar üçün) çıxış edəcək.

Sumqayıt Dövlət Dram Teatrının binası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrda "Rampa" paylayacaqlar

Bu il teatr özünün 17-ci mövsümünün bağlanışı münasibətilə 16 iyul saat 12:00-da Teatr Xadimləri İttifaqının(Aktyorlar evi) tamaşa zalında balacalar üçün "Sehirli Tütək", böyüklər üçün nəzərdə tutulan Gənclər və İdman Nazirliyinin sifarişilə hazırlanmış, insan alverinə qarşı mübarizəyə həsr olunmuş "Günahsız Günahkarlar" tamaşası isə elə həmin ünvanda 17 iyul saat 19:00-da nümayiş olunacaq. Hər iki tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltandır. 17 iyulda göstəriləcək tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri "Gümüş Körpə" medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.

Qeyd edək ki, Bakı Uşaq Teatrı Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır. İndiyə qədər bu teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafəsi nazirlikləri də bu sənət ocağı ilə birgə layihələr həyata keçirir.

70-ə yaxın mütəxəssisin çalışdığı teatr hal-hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Q. Abbasov adına Mədəniyyət evində fəaliyyət göstərir.

Xəbər lenti
0