CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı istedadlar Batumidə birinci olublar

© © Azərbaycan Rəqs Assosiasiyasının mətbuat xidmətiAzərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər
Azərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı rəqqaslar və pianoçular beynəlxalq festivalda birinci yeri tutublar

BAKI, 9 iyul — Sputnik. Azərbaycanlı rəqqaslar və pianoçular Azərbaycan Rəqs Assosiasiyası və Gənclər İttifaqının dəstəyi ilə Batumidə keçirilən "Qold star -2019" (Qızıl ulduz-2019) beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər.

© © Azərbaycan Rəqs Assosiasiyasının mətbuat xidmətiAzərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər
Azərbaycanlı istedadlar Batumidə birinci olublar - Sputnik Azərbaycan
Azərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər

Müsabiqədə Türkiyə və İran kollektivləri də iştirak edib. Azərbaycanı isə Ağcabədi şəhərinin "Qarabağ" rəqs kollektivi, Rauf Hacıyev adına 15 nömrəli uşaq musiqi məktəbinin pianoçuları təmsil edib. Azərbaycan Gənclər İttifaqının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, azərbaycanlı iştirakçılar Qran-prini əldə ediblər və birinci yeri tutublar.

© © Azərbaycan Rəqs Assosiasiyasının mətbuat xidmətiAzərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər
Azərbaycanlı istedadlar Batumidə birinci olublar - Sputnik Azərbaycan
Azərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər

Mükafatları Nərgiz Babayeva və Gülşən Səfərovanın rəhbərlik etdiyi "Qarabağ" kollektivi, "Buta" ansamblı, Fatimə Əhədli, Mənsurə Məmmədova, Naidə Qasımova, Rüstəm Cəfərzadə, Hüseynağa Cəfərzadə və digərləri qazanıblar. Mükafatın Qran-prisini Fatimə Əhədli və Hüseynağa Cəfərzadə əldə ediblər.

Xəbər lenti
0