CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan
Abunə olmaq
O, qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bas gitarist kimi ifa edib

BAKI, 2 iyul — Sputnik. Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir, İ.Emin bu gün 56 yaşında dünyasını dəyişib.

© APA"Yuxu"nun yaradıcısı İbrahim Emin
Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib - Sputnik Azərbaycan
"Yuxu"nun yaradıcısı İbrahim Emin

Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bas gitarist kimi ifa edib.

İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.

Xəbər lenti
0