Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aygün Kazımova məşhur cütlüyün evini əlindən aldı

© Photo : Instagram / aygun_kazimovaAygün Kazımova
Aygün Kazımova - Sputnik Azərbaycan
Abunə olmaq
Zaur və Günay Baxşəliyevlər öz mənzillərini Aygün Kazımovaya satmaq qərarına gəliblər

BAKI, 2 iyul — Sputnik. Xalq artisti Aygün Kazımova məşhur teleaparıcı cütlük Zaur və Günay Baxşəliyevlərin mənzilini alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu şad xəbəri müğənni özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Baxşəliyevlər ailəsi öz verilişlərinin növbəti mövsümünü qeyri-adi şəkildə bağlamaq üçün Aygün Kazımovanı dəvət ediblər. Müğənni müsahibə verib, mahnı oxuyub. Amma verilişdə aparıcılar üçün gözlənilməz hadisə də baş verib. Müğənni onların mənzilini almaq istədiyini bəyan edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от AYGÜN KAZIMOVA (@aygun_kazimova)

Aygün Instagramda "Zaur və Günayın evini aldıqdan sonra çox mutluyam" - yazıb. Müğənni mənzilə nə qədər vəsait ödədiyini açıqlamaqdan imtina edib. Deyib ki, mənzilin neçəyə alındığını, neçəyə satıldığını, kimin qabağa düşdüyünü, kimin uduzduğunu yalnız sentyabrda (verlişin yeni mövsümündə) açıqlayacaqlar.

Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

 

Xəbər lenti
0