SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir Qarabağla bağlı UNESCO-dan dəstək istədi, danışıqlar aparılır

© Sputnik / Murad OrujovМинистр культуры и туризма Абульфас Гараев
Министр культуры и туризма Абульфас Гараев - Sputnik Azərbaycan
Abunə olmaq
"Razılaşma olmazsa, UNESCO müdaxilə edə bilməz", - Ernesto Toni

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
UNESCO-nun rəhbər işçisi Azərbaycanı təriflədi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.

Ə.Qarayev vurğulayıb ki, bu sessiyanı keçirmək böyük məsuliyyət tələb edir: “Biz bu tədbiri yüksək səviyyədə keçirmək üçün əlimizdən gələni edirik. İnanırıq ki, tədbir yüksək səviyyədə davam edəcək. İştirakçıların rəylərinə əsasən, onlar tədbirin təşkilatçılığından razıdırlar”.

Nazir bildirib ki, sessiya çərçivəsində mühüm və səmərəli müzakirələr aparılır.

Mədəniyyət naziri, həmçinin qeyd edib ki, Azərbaycanın mədəni irsi dağıdılır, onların istifadəsi ənənələrimizə zidd şəkildə həyata keçirilir.

Ə.Qarayev vurğulayıb ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Birinci Vitse-prezident Mehriban Əliyeva dünənki çıxışı zamanı bu məsələyə toxundu və Azərbaycanın UNESCO-nun köməyinə ümid etdiyini dedi. Araşdırma missiyasının qarşı tərəfin mövqeyinə görə həmin ərazilərə daxil olması baş tutmur. 

Долма - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
UNESCO "dolma münaqişəsinə" son qoydu
Biz oraya daxil ola bilmədiyimiz üçün beynəlxalq qurumlardan, o cümlədən UNESCO-dan dəstək gözləyirik. Bu, UNESCO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir. Azərbaycanın UNESCO ilə bu sahədə əməkdaşlığı davam edir. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".

UNESCO-nun Baş Direktorunun müavini Ernesto Toni isə məsələ ilə bağlı bildirib ki, münaqişə tərəflərindən təhlükəsizliyi təmin etmələrini istəyirlər: "Ekspert missiyasının keçirilməsi üçün şərtlər var. Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bundan başqa, regionda tərəflərin iradəsi olmalıdır. Bu razılaşma olmazsa, UNESCO müdaxilə edə bilməz".

Xəbər lenti
0