12:48 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
33 0 0

"Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

Bakı, 1 iyul - Sputnik. Bu gün Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas öz işinə başlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib.

Nazir vurğulayıb ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”.

Sonra UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxış edib. O, ötən sessiya haqqında geniş məlumat verərək qeyd edib ki, sessiyada 225 qərar qəbul edilib və 19 mədəniyyət nümunəsi UNESCO-nun Dünya İrs Siyahısına salınıb. UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də tədbirin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıblar: "Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır".

Bundan sonra UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyinə uyğun olaraq hesabatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Əsas mövzular