17:18 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
ADO teatrı Gürcüstanda küçə performansı göstərib

Qaynayan Tbilisi və azərbaycanlıların küçə performansı

© Teatrın mətbuat-xdiməti
MƏDƏNİYYƏT
Qısa URL
222 0 0

Azərbaycanlı aktyorlar Tbilisinin mərkəzində, mitinqlərdən 150 metr aralıda paytaxt sakinlərini başına toplaya bilib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Azərbaycanın ilk müstəqil teatrı ADO-nun kollektivi Gürcüstandakı qarışıqlığa baxmayaraq, özünün küçə performansı olan Gic-Daban-ın gürcülərə təqdim edib.

ADO teatrı Gürcüstanda küçə performansı göstərib
© Teatrın mətbuat-xdiməti
ADO teatrı Gürcüstanda küçə performansı göstərib

Bu barədə teatrın yaradıcısı, baş rejissor və aktyoru Elmin Bədəlov Sputnik Azərbaycan-a müsahibəsində bildirib. ADO dəfələrlə gürcü teatrlarının səhnəsində müxtəlif tamaşalarla çıxış edib. Lakin bu dəfə onlar gürcü tamaşaçıları açıq səma altına toplamaq qərarına gəliblər. Teatrın aktyorları gözləmirmiş ki, onların çıxışına iki gün qalmış Gürcüstanda iğtişaşlar baş verəcək.

Bədəlov məxsusi olaraq Tbilisiyə əvvəl gedib ki, parlamentin binası qarşısında çıxış etməyə razılıq alsın. İğtişaşların başlanması onlar üçün gözlənilməz olub. Buna baxmayaraq, tamaşaya biletlər artıq alınıbmış və gürcü tamaşaçılar onların gəlişini gözləyirmiş. Teatrın kollektivi isə öz çıxışlarını təxirə salmaq istəməyib. Onlar sadəcə tamaşanın tarixini iyunun 22-dən 23-nə keçiriblər və yerini dəyişiblər.

ADO teatrı Gürcüstanda küçə performansı göstərib
© Teatrın mətbuat-xdiməti
ADO teatrı Gürcüstanda küçə performansı göstərib

"Biz parlamentə ona görə müraciət etdik ki, onlar bizə öz performansımızı nümayiş etdirmək üçün təşkilati işlərdə yardım göstərsinlər. Onlar isə bizə cavab verdilər ki, adamları sakitləşdirə və mitinqi dağıda bilmirlər. Hər gün binanın qarşısına adamlar toplaşır və çıxışlar edir. Biz başa düşdük ki, orada öz tamaşamızı göstərə bilməyəcəyik. Çünki hər tərəfdə nə istədikləri məlum olmayan adamlar və çoxlu səs-küy var idi. Əliboş qayıtmamaq və gürcüləri incitməmək üçün biz tamaşanı parlamentdən 150 metr aralıda yerləşən "Azadlıq" metrostansiyasının yanında göstərməli olduq," - deyə Bədəlov bildirib.

Onların nümayişinin baş tutmasına polis çox kömək edib. Polislər tamaşanın sonuna qədər hər tərəfdən əhatəyə alaraq aktyorları qoruyublar. Ona görə də kollektiv böyük çətinliklə üzləşməyib. Tamaşada 200-dən çox adam iştirak edib. Adamların çoxu hətta onların tamaşasını öz balkonlarından izləyib. Gürcüstanda yaşayan azərbaycanlılar da aktyorlara çox dəstək veriblər. Onlar, eləcə də Gürcüstanın müxtəlif KİV-lərinin nümayəndələri tamaşanı birbaşa yayımlayıblar.

ADO teatrı Gürcüstanda küçə performansı göstərib
© Teatrın mətbuat-xdiməti
ADO teatrı Gürcüstanda küçə performansı göstərib

"Tamaşaçılar sadəcə tamaşaya valeh olmuşdular. Hamı razı qalmışdı. Nümayişin sonunda bizə yaxınlaşaraq təşəkkür etdilər. Bizə çox xoş oldu. Bu, bizim ilk küçə performansımız idi. Ona görə də bizim üçün tamaşaçıların onu seyr etməsi vacib idi. Biz avqust ayında Gürcüstanda yenidən bu tamaşa ilə çıxış etməyi planlaşdırırıq," - deyə Bədəlov əlavə edib.

Teatrın kollektivi Gic-Daban-ın küçə performansını Bakıda, eləcə də Fransada keçiriləcək küçə festivalında nümayiş etdirməyi planlaşdırır.

ADO teatrı Gürcüstanda küçə performansı göstərib
© Teatrın mətbuat-xdiməti
ADO teatrı Gürcüstanda küçə performansı göstərib

ADO teatrı ölkədə müasir yaradıcılıq üçün unikal meydança, yeni yaradıcılıq və mədəni təcrübə üçün əvəzsiz məkandır. Teatr yeni forma təqdim edir, daim yeni format, yaradıcılıq eksperimentləri və innovasiyalar axtarışındadır, səhnə sənəti sahəsindəki mövcud təcrübələri və klassik tamaşa standartlarını aradan qaldırmağa çalışır. Teatr Gürcüstan, Türkiyə, İtaliya, Fransa, İran, Belarus və Ukraynada qastrol səfərlərində olub.

Əsas mövzular