01:50 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Sənubər İsgəndərli

Prezident tanınmış aktrisaya ev verdi

© OXU
MƏDƏNİYYƏT
Qısa URL
39 0 0

"Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Prezident Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərliyə ev hədiyyə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktrisa öz facebook hesabında paylaşım edib:

"Möhtərəm cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah sizi və Azərbaycanımızı qorusun!"

Qeyd edək ki, Əməkdar artist Sənubər İsgəndərli 2002-ci ildə fəxri ada layiq görülüb, Prezident mükafatçısıdır. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərən Sənubər xanım "Özümüzü kəsən qılınc", "Lənkəran xanının vəziri", "Hamlet", "Yaşlı xanımın gəlişi" və s. kimi tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Əsas mövzular