Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın üç günlük Roma fəthi

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidRoma Kolizeyi
Roma Kolizeyi - Sputnik Azərbaycan
Abunə olmaq
Festival Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və Roma şəhər meriyasının təşkilatçılığı ilə həyata keçirilir

BAKI, 22 iyun — Sputnik. İtaliyanın Paytaxtı Romada Azərbaycan kinosu festivalının açılışı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, festivalı açıq elan edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu cür mədəni hadisələrin iki ölkə arasında münasibətlərinə müsbət təsiri olduğunu vurğulayaraq tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

© askanews / Anna RomanoRomada Azərbaycan kinosu festivalının açılışı
 Azərbaycanın üç günlük Roma fəthi - Sputnik Azərbaycan
Romada Azərbaycan kinosu festivalının açılışı

Daha sonra İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi Azərbaycanın zəngin mədəni ənənələrə malik ölkə, buradakı multikultural mühitin dünya üçün nümunə olduğunu bildirib. İtaliya və Azərbaycan arasında yaxın tərəfdaşlıq əlaqələrinin mövcudluğunu deyən deputat mədəniyyət sahəsinin əlaqələrdəki əhəmiyyətindən danışıb. Festivalın ilk günü kino incilərimizdən olan "Arşın mal alan" filmi nümayiş olunub. Festival çərçivəsində "Təhminə və Zaur", "Son iclas", "Nar bağı" filmləri göstəriləcək.

Festival Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və Roma şəhər meriyasının təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər lenti
0