14:31 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Kazan şəhərində Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan şairinin yubileyini Kazanda keçirdilər

© Facebook / Самир Шукуров
MƏDƏNİYYƏT
Qısa URL
33 0 0

Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları tədbirdə iştirak ediblər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. İyunun 16-da Tatarıstanın paytaxtı Kazan şəhərində "Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Regional-İctimai Təşkilatı tərəfindən Xalqlar Dostluğu evində Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları şairin xatirəsini yad ediblər.

Tarixçi, "Odlar Yurdu" qəzetinin baş redaktoru Vasif Abdullayev, tarixçi Rafael Həsənov, şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov və psixoloq-ilahiyyatçı Bəhruz Camal İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışıblar. Tədbirdə Nəsiminin şeirləri səsləndirilib, qonaqlar saz ifası dinləyiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixində verdiyi sərəncama əsasən, bu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilib.

Əsas mövzular