Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müharibədən əziyyət çəkən insanlar haqda film - "Dan yeli"

© © "Azərbaycanfilm" kinostudiyası"Dan yeli" filminin çəkiliş meydançasından
Dan yeli filminin çəkiliş meydançasından - Sputnik Azərbaycan
Abunə olmaq
Film cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir

BAKI, 14 iyun — Sputnik. Azərbaycanda istahsal olunan yeni film müharibənin törətdiyi fəsadlardan bəhs edir. Bu haqda Sputnik Azərbaycan-a "Azərbaycanfilm" kinostudiyasından xəbər verilib. 2019-cu il istehsalı olan film " Dan yeli" adlanır.

Kamal Yaşarın rejissorluq etdiyi bu film cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. 35 dəqiqə davam edən ekran əsərində hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.

Sözügedən filmdə Quruluşçu rejissor Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, operator Əli Sultanov, rəssam Arif Niftiyev, bəstəkar Azər Hacıəsgərli, ikinci rejissor Elman Şeydayev, icraçı prodüser Tofiq Musayev, prodüser Müşfiq Hətəmovdur.

Qeyd edək ki, dörd ay müddətində ərsəyə gələn qısametrajlı film 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilib.

Xəbər lenti
0