Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezidentdən Nazirlər Kabinetinə və paytaxt rəhbərliyinə təlimat

Abunə olmaq
Dövlət başçısı mühüm sərəncam imzalayıb

BAKI, 17 may — Sputnik. Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: 

Ариф Меликов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti Arif Məlikov dünyasını dəyişib

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Bakı şəhər İcra Hakimiyyəti:

1.1. Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

1.2. Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

2.1. Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Xəbər lenti
0