08:21 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Çingiz Mustafayev “Avroviziya-2019” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında

“Avroviziya-2019”un ikinci yarımfinalı: Çingiz Mustafayev finalda

© AFP 2019 / JACK GUEZ
MƏDƏNİYYƏT
Qısa URL
295 0 0

Azərbaycan təmsilçisindən savayı Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta da yarımfınala keçə bilib

BAKI, 17 may – Sputnik. İsrailin Təl-Əviv şəhərində keçirilən “Avroviziya” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda səhnəyə çıxıb.

Səhnəyə 18-ci nömrə ilə çıxan Çingiz “Truth” (“Həqiqət”) kompozisiyasını ifa edib. Kifayət qədər canlı ifa tamaşaçıların da alqışlarını qazanıb və Çingiz müsabiqənin yarımfınalına keçən 10 ifaçısı arasına düşə bilib.

  • “Avroviziya-2019” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı
    “Avroviziya-2019” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı

1 / 4
© AFP 2019 / JACK GUEZ
“Avroviziya-2019” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı

Azərbaycan təmsilçisindən savayı Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta da yarımfınala keçə bilib.

Qeyd edək ki, final may ayının 18-də Təl-Əvivdə Dare to (Arzularına sərbəstlik ver) devizi altında keçiriləcək.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq"Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir.

Əsas mövzular