Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elnur Hüseynov İstanbuldan səsləndi: "Özün olmağa çalış"

© Sputnik / Murad Orujov"O səs Türkiyə" vokal şousunun qalibi Elnur Hüseynov
O səs Türkiyə vokal şousunun qalibi Elnur Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Hüseynov Türkiyədə özünün yeni "Try To Be Yourself" mahnısını təqdim edib.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Azərbaycanı iki dəfə "Avroviziya" Beynəlxalq Musiqi Müsabiqəsində təmsil edən, "O səs Türkiyə" vokal şousunun qalibi Elnur Hüseynov Türkiyədə özünün yeni "Try To Be Yourself" (Özün olmağa çalış) mahnısını təqdim edib.

Elnur Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kompozisiyanın sözlərini Əli Nəsib, musiqisini isə Azərbaycanın əməkdar artisti, həmçinin müğənninin "Dreamer" ("Xəyalpərəst") mahnısının musiqi prodüseri olmuş İsraf Sarabski yazıb.

Sinql "Sony Music Entertainment"in rəsmi Türkiyə bölməsi olan "Epic Istanbul" studiyası tərəfindən buraxılıb. Bu artıq Elnurun elektron musiqi janrında ikinci mahnısıdır.

Elnur Hüseynov Azərbaycanı "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində iki dəfə təmsil etmiş yeganə müğənnidir. O, 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə birlikdə Azərbaycanı ilk dəfə olaraq sözügedən yarışda təmsil edib və 8-ci yeri tutub. Elnur müsabiqədə ikinci dəfə 2015-ci ildə iştirak edib və 12-ci yerdə qərarlaşıb. O, Türkiyənin məşhur "O səs Türkiyə" vokal yarışında qalib gələn yeganə azərbaycanlıdır. Hazırda solo karyerasını davam elətdirən Elnur Türkiyədə yaşayır.

Xəbər lenti
0