12:43 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi

Həyəcan təbili: Keşikçimizin başı üzərində qara buludlar dolaşır

© Sputnik / Ilham Mustafa
MƏDƏNİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
678520

Bizə başqa seçim haqqı tanınmır – Ya sahib çıxmalıyıq, ya da sahib çıxmalıyıq

BAKI, 6 may — Sputnik. Keşikçidağ monastrı, daha doğrusu mağaralar kompleksi ətrafında yaşanan gərginlikdən dolayı Gürcüstan patriarxlığı deyir ki: "Ruhani və ya dünyəvi şəxslər tərəfindən ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdləri pisləyir, həmçinin müsəlman etiqadını təhqir edən ifadələri digər xalqlar, o cümlədən Gürcüstan müsəlmanlarına münasibətdə qəsdən və yaxud bilməyərəkdən edilmiş təxribat hesab edirik". 

Və yenə deyir ki: "Bunlarla bərabər, Gürcüstan patriarxlığı xalqın qəzəbini başa düşür. Sözügedən məbədlər kompleksi qədim gürcü mədəniyyətinə aid abidələrdir. Biz o abidələrin müdafiəsi üçün əlimizdən gələni edəcəyik".

Bəs biz nə deyirik? Nə deyirik və nə edirik? Axı, nəsə etməliyik. Elə etməliyik ki, əsrlərlə tariximizin və mədəniyyətimizin keşiyində dayanan Keşikçidağın qəlbini dağlamayaq, qarşısında közükölgəli olmayaq.

Çox şükür, bu gün sərhədçilərimiz Keşikçidağın keşiyində dayanırlar. Lakin sonadək dayana biləcəyikmi? Tariximizin haqqını verəcəyikmi? Babalarımızın ruhu qarşısında üzüağ, alnıaçıq duruş gətirəcəyikmi? Zatən, bizə başqa seçim haqqı da tanınmır.

Əslində, bizim daha ağrılı yerimiz var. Qonşularımız gürcülərdən və ermənilərdən fərqli olaraq, bu gün bizim tariximizin 7-8-ci əsrlərdən əvvəlki dövrünə sahib çıxacaq, onu yaşadacaq bir ictimai təsisatımız, köklü dini mərkəzimiz yoxdur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İslam tarixindən əvvələ qarışmır. Bütün orta əsrlər boyu erməni və gürcü kilsələri ilə var olmaq mübarizəsi aparan alban kilsəsi isə 1836-cı ildə Çar Rusiyası tərəfindən ləğv edildikdən sonra nəhəng bir tarix, böyük bir mədəniyyət hamisiz qaldı.

Qədim Azərbaycan dövləti olan Albaniyada dövlət dini xristianlıq idi və həmin dövrdəki maddi mədəniyyət abidələrinin əksəriyyətini xristianlığa aid ibadətgahlar, məbədlər və kilsələr təşkil edir. Həmin abidələr də erməni qriqoryan və gürcü pravoslav kilsələrindən öz görnüşləri ilə fərqlənirdi. Lakin sonradan ərazidə İslam dini geniş yayıldı, əhali sürətlə müsəlmanlaşdı və nəticədə alban xristian məbədlərinə maraq azaldı.

Bütün bu proses isə qərb qonşularımızın əlinə fürsət verdi ki, tarixi abidələrimizə iddia edərək, ipin ucu ilə torpaqlarımıza göz diksinlər. Yavaş-yavaş da məqsədlərinin xeyli hissəsinə nail oldular. Alban həvari kilsələrinin görünüşlərinə "əl gəzdirildi", xaç formaları və kitabələr dəyişdirildi – oldular gürcü və erməni abidələri.

Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi
© Sputnik / Ilham Mustafa

İndi də sıra Keşikçidağa çatıb - Azərbaycanın daş yaddaşı hesab edilən, Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 km-dək uzanan mağara-məbədlər kompleksinə.

O kompleksə ki, tariximizin, ən azı 2 min illik dövrünə şahidlik edir, ərazidə indiyədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara var, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş, V-VI əsrlərə aid iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Belə... Keşikçidağın keşiyində ayıq-sayıq dayanmasaq, nə tarix bizi bağışlayacaq, nə də dədə-babalarımız!

Əlaqədar

Azərbaycan XİN Keşikçidağ monastırı barədə məlumatlara aydınlıq gətirdi
Keşikçidağ ətrafında sərhədçilərin sayı artıbmı - DSX aydınlıq gətirdi
Gürcüstan rəhbərliyi Keşikçidağla bağlı rəsmi açıqlama verdi
Gürcüstan Patriarxlığından Keşikçidağ olayına ilginc reaksiya: Gərginlik olmasın, amma...
Teqlər:
erməni, gürcü, Azərbaycan, müsəlman, xristian, kilsə, abidə, tarix, məbəd, "Keşikçidağ"

Əsas mövzular