Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib

© Instagram / hammali_ Məşhur azərbaycanlı HammAli & Navai dueti
Məşhur azərbaycanlı HammAli & Navai dueti - Sputnik Azərbaycan
Abunə olmaq
Onların axırıncı hiti "YouTube"da 90 milyondan çox baxış toplayıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Məşhur azərbaycanlı HammAli & Navai dueti ilk dəfə Rusiyanın "Birinci kanal"ının ən reytinqli verlişi olan "Veçerniy Urqant"ın qonağı olub. Sputnik Azərbaycan-ın məlumatına görə, ifaçıların iştirak etdiyi verilişin çarxı layihəsi "YouTube" sosial şəbəkəsindəki rəsmi saytında yayımlanıb.

Onlar verlişin aparıcısı İvan Urqant tərəfindən musiqili qonaqlar kimi şouya dəvət alıblar. Müğənnilər özlərinin "Notlar" hitini ifa ediblər. Artistləri təqdim edən Urqant HammAli & Navaini möhtəşəm duet adlandırıb və onların inanılmaz populyar olduqlarını deyib.

Reperlər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) hazırda bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda doğulsalar da, Rusiyada yaşayıb işləyirlər.

Bu musiqiçilər geniş ictimaiyyət qarşısına 2017-ci ildə çıxıblar. Onların ilk hiti "Tı moya ximiya" (Sən mənim kimyamsan) olub və Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.

Onların axırıncı hiti olan "Pustiti menya na tanspol" (Məni rəqs meydançasına buraxın) "YouTube"da 90 milyondan çox baxış toplayıb. Verilişdə ifa etdikləri "Notlar"ı isə 66 milyonadək internet istifadəçisi dinləyib.

Sputnik Azərbaycan-ın hesablamalarına görə, HammAli & Navai "YouTube"da ən çox baxış toplayan azərbaycanlı müğənnilərdir.

Xəbər lenti
0