05:29 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Yusif Eyvazov

Dünya şöhrətli azərbaycanlı Alsunun qızının qələbəsini tanımaqdan imtina edib

© Sputnik / Yevgeniya Novozhenina
MƏDƏNİYYƏT
Qısa URL
88 0 0

Yusif Eyvazov Alsunun qızını deyil, Yerjan Maksimi dəstəkləyib

BAKI, 1 may — Sputnik. Dünya şöhrətli tenor, Azərbaycanın xalq artisti Yusif Eyvazov Rusiyanın estrada ulduzu Alsunun qızı Mikella Abramovanın "Qolos.Deti" (Səs.Uşaqlar) şousundakı qələbəsini tanımaqdan imtina edib və öz qalibinin adını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ifaçı özünün Instagram sosial şəbəkəsindəki səhifəsində Qazaxıstandan olan 12 yaşlı Yerjan Maksimi dəstəkləyib. Maksim vokal şousunun 3 finalçısından biri olub və layihədə televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə 27,9% səs toplayaraq ikinci yeri tutub.

"Yerjan Maksim "Qolos. Deti-6" şousunun qalibidir. Sənə uğurlar, qızıl səs" - Eyvazov yazıb.

Opera müğənnisi Anna Netrebko da həyat yoldaşının seçimini dəstəkləyib. O, öz statusunda Maksim haqqında yazıb: "Belə balaca və belə böyük səsə malik olmaq".

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

Xatırladaq ki, Alsunun qızının şounun qalibi elan edilməsi Rusiyanın aparıcı KİV-lərində və sosial şəbəkələrdə böyük qalmaqal yaradıb. Hazırda Mikella Abramovanın lehinə verilən səslərin nəticələrinin yoxlanması davam edib.

Hazırda İnterpolun rəsmi tərəfdaşı Group-IB (yüksək texnologiyalardan istifadə etməklə kibercinayətkarlıq və dələduzluğun qarşısını almaq və araşdırmaq üzrə aparıcı beynəlxalq şirkətlərdən biri-red.) Birinci kanalın xahişi ilə "Qolos.Deti" şousunda Abramovanın xeyrinə verilən səslərin nəticələrini araşdırır. Mütəxəssislər üçün Alsunun qızının xeyrinə səs yığımının olub-olmadığını ayırd etmək vacibdir.

Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

Anna Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, "Ruslan və Lyudmila", "Boris Qodunov", "Sevilya bərbəri", "Çar gəlini", "Don Juan", "Riqoletta", "Bohema" və bir sıra digər operalarda möhtəşəm ifaları ilə şöhrət qazanıb. 2002-ci ildə Mariinsk teatrının heyətinin tərkibində Metropolitan Operasının səhnəsində "Hərb və Sülh" əsərindən oxuduğu parçalar geniş rezonans doğurub və ona dünya şöhrəti qazandırıb. Bundan sonra Netrebko dünyanın bir çox ölkəsində ən müxtəlif səhnələri bölüşüb.

Anna Netrebko və Yusif Eyvazov 2015-ci ildə ailə qurublar.

Əsas mövzular