14:53 15 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
187 0 0

Sofiya Nikitçuk: "Bakı hədsiz gözəl şəhərdir, mən ona aşiq olmuşam"

BAKI, 29 aprel — Sputnik. "Miss Rossiya 2015" gözəllik müsabiqəsinin qalibi, "Dünya gözəli 2015"in birinci vitse-missi, fotomodel və aktrisa Sofiya Nikitçuk, nəinki təkcə Bakıda istirahət edib, həm də Formula-1 SOCAR Azərbaycan Qran-prisinin qonağı olub.

View this post on Instagram

A post shared by Sofia Nikitchuk (@nikitchuksofi) on

Sputnik Azərbaycan-ın məlumatına görə, model Azərbaycana səfəri barədə məlumatı və burada çəkdirdiyi şəkilləri özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Nikitçuk yazıb: "Bakı hədsiz gözəl şəhərdir. Mən sadəcə ona aşiq olmuşam. Şəhərin hər yerini gəzmək üçün mütləq bir daha bura qayıdacağam".

View this post on Instagram

A post shared by Sofia Nikitchuk (@nikitchuksofi) on

Sofiya Nikitçuk məşhur rusiyalı model və aktrisadır. O, tarixi "Sofiya" dramında, reper Bastanın, müğənnilər Yeqor Krid və Aleks Malinovskinin kliplərində çəkilib.

Teqlər:
şəhər, Bakı, gözəl, dünya

Əsas mövzular