01:04 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Prezident İlham Əliyev

Dövlət başçısı iki tanınmış şəxsi mükafatlandırıb

© Fred Dufour/Pool via REUTERS
MƏDƏNİYYƏT
Qısa URL
101 0 0

İlham Əliyev onların "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

BAKI, 29 aprel — Sputnik. Prezident İlham Əliyev "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandası üzvlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandasının aşağıdakı üzvləri "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Qasımov Balakişi Ələkbər oğlu

Talıbov Elman Eldar oğlu".

Qeyd edək ki, B.Qasımov hazırda Azərbaycan İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) baş direktorudur.

Teqlər:
"Tərəqqi" medalı, İlham Əliyev, prezident

Əsas mövzular