07:48 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Aysel Məmmədova

"Avroviziya"da finala keçə bilməyən Aysel "Yeni dalğa"da peyda olub

© Instagram / aiselofficial
MƏDƏNİYYƏT
Qısa URL
51 0 0

"Avroviziya"-nın finalına keçə bilməyən yeganə azərbaycanlı müğənni "Yeni dalğa"nın finalına vəsiqə qazana bilib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Azərbaycanlı ifaçı Aysel Məmmədova ölkəmizi gənc ifaçıların beynəlxalq müsabiqəsi olan "Yeni dalğa-2019"da təmsil edəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от New Wave / Новая Волна (@newwave_official)

Sputnik Azərbaycan-ın məlumatına görə, layihə iştirakçılarının adları "Yeni dalğa"nın Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunub. Finala Azərbaycan təmsilçisi ilə yanaşı Albaniyadan İnis Neziri, Ukraynadan "Anna Mariya" dueti, Rusiyadan Buranov və "Da Vinçi" qrupu, Ermənistandan Artyom Akopyan, eləcə də İspaniya, İtaliya, Kuba, Latviya və ABŞ təmsilçiləri keçib. Seçim mərhələsində iştirakçıların çıxışlarını Rusiyanın xalq artisti Filipp Kirkorov, müsabiqənin musiqi prodüseri Anastasiya Muxina, baş rejissor Aleksandr Rezvin və layihənin baş prodüseri İqor Krutoy qiymətləndirib.

Hazırda iştirakçılar öz repertuarları üzərində işləyir. Layihənin finalı avqust ayında Soçidə olacaq.

Aysel Məmmədova 1989-cu ildə Bakıda doğulub, uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Beynəlxalq caz və musiqi festivallarının iştirakçısı olub. Müğənni həmçinin rusiyalı ulduzlarla birlikdə "Jara" festivalında da iştirak edib. O, "Avroviziya-2018" müsabiqəsində "X my heart" mahnısı ilə çıxış edib, lakin finala keçə bilməyib. "Avroviziya"nın final mərhələsinə keçə bilməyən ilk və hələlik yeganə müğənni hazırda solo karyerasını davam etdirir.

Əsas mövzular