03:19 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Rejissor Rövşən Almuradlının 65 illik yubileyinə həsr olunmuş anım tədbiri

Yubileyinə bir neçə gün qalmış vəfat edən rejissorun xatirəsi anılıb

© Sputnik / Rumiyya Miraslan
MƏDƏNİYYƏT
Qısa URL
119 0 0

Tədbirdə Rövşən Almuradlının həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olunub

BAKI, 24 aprel — Sputnik. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində mərhum kinorejissor Rövşən Almuradlının 65 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycanın ziyalıları, yazarlar, rejissorlar, aktyorlar, kinorejissorun sənət dostları iştirak ediblər.

Tədbiri giriş sözü ilə VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı açıb. Xalq şairi qonaqları salamladıqdan sonra Rövşən Almuradlı ilə bağlı xatirələrini bölüşüb: "Biz aprelin 19-da Rövşən bəyin yubileyini qeyd etməyə hazırlaşırdıq. Çox təəssüf ki, qəfil ölüm onu bizdən ayırdı və bu gün biz bu tədbiri onsuz keçiririk. Əslində, Rövşən Almuradlının yubileyini Mədəniyyət Nazirliyi, son vaxtlar daha çox bağlı olduğu Sumqayıt Dövlət Teatrı qeyd etməliydi. Amma təəssüf ki, bu edilmədi. Buna baxmayaraq, Rövşən bəy Azərbaycan mədəniyyət tarixində öz imzası, sənəti ilə hər zaman yaşayacaq".

Rejissor Rövşən Almuradlının 65 illik yubileyinə həsr olunmuş anım tədbiri
© Sputnik / Rumiyya Miraslan
Rejissor Rövşən Almuradlının 65 illik yubileyinə həsr olunmuş anım tədbiri

Sabir Rüstəmxanlı aprel ayının Azərbaycan tarixində həm də 27 aprel 1920-ci il işğalı, Qarabağda Aprel döyüşləri ilə qaldığını xatırladaraq Rövşən bəyin də mədəniyyət və sənət şəhidimiz olduğunu vurğuladı. Ardınca Rövşən Almuradlının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

S.Rüstəmxanlı Rövşən Almuradlının yaradıcılığından, dostluqlarından, "Cavad xan" filminin çəkilişindən danışaraq onun milli mədəniyyət və kino tariximizdəki yerini vurğulayıb.

Daha sonra Rövşən Almuradlının həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olunub.

Ardınca tədbir iştirakçıları – Aydın İbrahimli, Cəmil Həsənli, Əli Nur, Mirmahmud Mirəlioğlu, Elxan Qasımov, İsa Qəmbər, Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Hacılı, Rafiq Turabxanoğlu, Gəray Əlibəyli, həmçinin oğlu Kamal Almuradlı Rövşən Almuradlı ilə bağlı xatirələrini bölüşdülər. Kinorejissorun insani keyfiyyətlərindən, sənət adamı kimi mədəniyyətimizə xidmətindən danışdılar.  

Çıxışçılar qeyd ediblər ki, Rövşən Almuradlının Azərbaycan milli ruhlu ekran həyatının yaranmasında müstəsna rolu olub. Çəkdiyi əsərlər Azərbaycan mədəniyyət tarixinə daxil olub. Rövşən bəy "Yük" filmindən sonra Azərbaycan mədəniyyət yükünü çəkən şəxsə çevrilib. Həmçinin Azərbaycan istiqlal tarixini ekranlaşdıran rejissor olub.

"Yeni Nəsl" Jurnalistlər Birliyinin sədri, mərhum sənətçinin son ekran işi olan "Əsgərlər unudulanda ölürlər" filminin ssenaristi Arif Əliyev də kinorejissorla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, R.Almuradlı Azərbaycan mədəniyyətinə yeni ruh gətirmək istəyirdi, təəssüf ki, arzularını tam həyata keçirə bilmədi.

Tədbirin sonunda Sabir Rüstəmxanlı iştirakçılara təşəkkür edərək Rövşən Almuradlının mədəniyyət tariximizdə və Azərbaycan insanının yaddaşında əbədi olaraq qalacağını vurğulayıb.

Qeyd edək ki, tanınmış rejissor və aktyor Rövşən Əziz oğlu Almuradlı 2019-cu il aprel ayının 2-də vəfat edib.

Əlaqədar

Daha bir rejissor işsiz qaldı
Dahi rejissor dünyasını dəyişdi
Məşhur rejissor azərbaycanlı qızla rus oğlanın sevgisi barədə film çəkmək istəyir
Tanınmış rejissor dünyasını dəyişdi
Teqlər:
yubiley, xatirə, xatirə gecəsi, rejissor

Əsas mövzular