23:20 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Gənc rəssam Elşən Allahverdili

Şəmkirli gəncdən heyrətamiz qabiliyyət: Övladlarımızı xarici asılılıqdan qurtara bilərik

© Sputnik / Ilham Mustafa
MƏDƏNİYYƏT
Qısa URL
7647 0 0

Onun arzusu çəkdiyi personajları dünyaya tanıtmaq, onları animasiya və cizgi filmləri qəhrəmanlarına çevirməkdir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Şəmkir rayonunda yaşayan gənc özünəməxsus bacarığı ilə digər həmyaşıdlarından seçilir. O, fırça və boyadan istifadə etmədən, rəngli karandaşlarla 3D formatında professional rəsmlər çəkir. Gənc rəssam Elşən Allahverdilinin hələ kiçik yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Məktəb illərində digər həmyaşıdları kimi gül-çiçək, avtomobil və digər əşyaların şəkillərini çəkib.

  • Gənc rəssam Elşən Allahverdili
    Gənc rəssam Elşən Allahverdili
    © Sputnik / Ilham Mustafa
  • Gənc rəssam Elşən Allahverdili
    Gənc rəssam Elşən Allahverdili
    © Sputnik / Ilham Mustafa
  • Elşən Allahverdilinin çəkdiyi əsərlər
    Elşən Allahverdilinin çəkdiyi əsərlər
    © Sputnik / Ilham Mustafa
  • Elşən Allahverdilinin çəkdiyi əsərlər
    Elşən Allahverdilinin çəkdiyi əsərlər
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Gənc rəssam Elşən Allahverdili

Lakin hərbi xidmətdə olarkən Elşənin əlində qumbara başlığı partlayıb və nəticədə əlinin iki barmağını itirib. Bu hadisədən sonra onun yaradıcılığında böyük dəyişiklik baş verib. Evə döndükdən sonra nə qədər ənənəvi mövzularda əsərlər yaratmaq istəsə də, onda alınmayıb.

Bundan sonra E.Allahverdili daxili bir qüvvənin təsiri ilə Azərbaycanda rəssamların nadir halda müraciət etdiyi fantastik-döyüş janrında bir-birindən maraqlı rəsmlər çəkməyə başlayıb. O, fiziki əngəllərinə baxmayaraq, rəsmlərini daha çətin üslubla, rəngli karandaşlardan istifadə edərək yaradır.

Elşən Allahverdilinin çəkdiyi əsərlər
© Sputnik / Ilham Mustafa
Elşən Allahverdilinin çəkdiyi əsərlər

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Elşən yaradıcılığı haqda danışır: "Neçə dəfə cəhd etsəm də, artıq əvvəlki kimi rəsmlər çəkə bilmədim. Nəsə çəkmək istəyəndə beynimdə ancaq bu obrazlar yaranır. Ondan sonra onu eskizə köçürüb çəkməyə başlayıram. Düzdür, karandaşlarla işləmək çətindir, kölgə, işıq effektləri, rənglərin tonu, keçidi karandaşlarla verməyin daha çətin olmasına baxmayaraq, işimdən zövq alıram".

Çəkdiyi obrazlara gəlincə isə E.Allahverdili onların heç bir yerdən köçürülmədiyini, bəzilərinin hər hansı personajlara bənzəməsinə baxmayaraq, tamamilə öz fantaziyasının məhsulu olduğını deyir: "Obrazlar beynimdə formalaşdıqdan sonra həvəs yaranır. Sonra onun tarixçəsini düşünürəm".

"Məsələn bu, kimdir, harada dayanıb, ətrafa nə mesaj verir. Bundan sonra başlayıram çəkməyə. Çəkdikcə daha da həvəslənirəm, yeni personajlar yaratmaq istəyirəm. Şəkil çəkmədən 1 həftədən çox dayana bilmirəm" - deyə gənc rəsam əlavə edir.

Onun ən böyük arzusu çəkdiyi personajları dünyaya tanıtmaq, onları animasiya və cizgi filmləri qəhrəmanlarına çevirməkdir.

Həqiqətən də bu gün Azərbaycanda cizgi filmləri və animasiya sahəsində böyük boşluq mövcuddur və körpələrimiz yalnız xarici ölkələrin istehsalı olan cizgi filmlərini və animasiyaları izləməyə məcburdurlar. Bəlkə nə vaxtsa, Elşən kimi bacarlıqlı rəssamların sayəsində milli animasiyalarımız inkişaf edəcək və övladlarımız milli üslubda, tərbiyəvi mövzularda animasiya və cizgi filmləri izləyə biləcəklər.

Əlaqədar

Əməkdar incəsənət xadimi gənc rəssamın yaradıcılığından danışdı
Dünya şöhrətli rəssamın nadir əsəri Türkiyədə tapıldı – VİDEO
Öz həyətində uşaqlara təmənnasız rəssamlıq öyrədən astaralı sənətkar
"Rəssamlığı sevdirməyəndən sonra öyrətmək mümkün deyil"
Teqlər:
Şəmkir, rəssam, rəsm, gənc

Əsas mövzular