Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Milyon al qızılgül" – Puqaçovanın yubileyidir

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidПрезидент России Владимир Путин и певица Алла Пугачева
Президент России Владимир Путин и певица Алла Пугачева - Sputnik Azərbaycan
Abunə olmaq
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev onu Dostluq" ordeni ilə təltif edib

BAKI, 15 aprel — Sputnik. Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də müğənnini yubiley münasibəti ilə təbrik edib.

Представительница Азербайджана на детском международном конкурсе Евровидение -2018 Фидан Гусейнова - Sputnik Azərbaycan
Gənc azərbaycanlı müğənni Moskvada moda bomondunu valeh edib

Qeyd edək ki, Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxıb. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutub.

Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Xəbər lenti
0