Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvalılar Qarabağ xalçaları ilə tanış olacaqlar

© Sputnik / Kemale AliyevaКовер, фото из архива
Ковер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyinin iştirakı ilə "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açılacaq.

BAKI, 10 aprel — Sputnik. Bu gün saat 19:00-da Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyinin iştirakı ilə "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açılacaq.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova - Sputnik Azərbaycan
Kazımova: “Xalça Muzeyində məktəblilər üçün təlimlər keçilib”

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Moskva merinin rəsm saytında məlumat verilib.

Sərgidə Azərbaycan Xalça Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunacaq.

Ekspozisiyada, həmçinin xalça və tikmələr, geyim, mis qablar, zərgərlik əşyaları təqdim ediləcək. Sərginin qonaqları muzeyin zəngin kolleksiyasından XIX əsrə və XX əsrin əvvəllərinə aid Azərbaycan evlərinə xas ənənəvi xüsusiyyətləri ilə seçilən əşyalarla da tanış olacaqlar. Burada toy mərasimi ilə bağlı əşyalar, kəlağayının hazırlanmasında istifadə edilən atribut və alətlər, dini inanclarla bağlı namazlıq xalçalardan tutmuş digər ənənəvi əşyalar da nümayiş etdiriləcək.

Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyasından isə xüsusi zərgərlik əşyaları, incə ornamentlə bəzədilmiş mis səhənglər, camlar və məcməyilər nümayiş olunacaq. Sərginin ən əhəmiyyətli eksponatı XIX əsrə aid Qarabağın "Bəhmənli" xalçasıdır. Bu xalça 1918-ci ildən Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları arasına düşüb.

Mayın 12-dək ziyarətçilər üçün açıq qalacaq sərginin təşkilatçıları Rusiyanın və Azərbaycanın Mədəniyyət nazirlikləri, eləcə də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyidir.

Xəbər lenti
0