Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik

© © Светозар АндреевИлья Маковский и Анастасия Федотовская
Илья Маковский и Анастасия Федотовская - Sputnik Azərbaycan
Abunə olmaq
Rəqqasə: "Mən isə özümü jurnalist, yaxid da radio aparıcısı kimi sınamaq istəyərdim"

BAKI, 9 aprel — Sputnik. Latın Amerikası rəqsləri üzrə peşəkarlar arasında keçirilən WDC Avropa Çempionatında Azərbaycandan İlya Makovski və Anastasiya Fedotovskaya dueti iştirak edəcək. Çempionat ərəfəsində rəqqaslar uşaqlarla iş, sevimli idman növləri və digər məsələlərlə bağlı danışıblar.

"Biz yenidən işimizin başındayıq"

Anastasiya:

Biz bu il artıq Çində və Crystal Ball-da çıxış etmişik. İndi isə Kremldəki çempionata qədər bir neçə turnirə hazırlaşırıq. Yarışı qaçırmamaq üçün sıx turnir qrafikini qorumağa çalışırıq.

İlya:

İki il əvvəl Kreml çempionatından sonra biz öz karyeramızı dayandırmaq məcburiyyətində qaldıq. Ona görə də, təəssüf ki, ötən il Kreml turnirini buraxdıq. Amma biz hər şeyi adladıq, hər şey keçdi. İndi isə yenidən Kreml meydançasına qayıdırıq. Buna görə məşqçilərimizə, valideynlərimizə, qohumlarımıza və dostlarımıza təşəkkür edirik.

© © Иван Ивановичİlya Makovski və Anastasiya Fedotovskaya
Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik - Sputnik Azərbaycan
İlya Makovski və Anastasiya Fedotovskaya

"Uşaqların məşqlərə gəlmək istəməsi vacibdir"

İlya:

Mən rəqsə formeyşnda (idman rəqslərinin komanda şəklində ifası-red.) başlamışam. Mən kiçik şəhərcikdə yaşamışam, orada fərdi proqramlar yox idi, sadəcə ansambl var idi. İlk gündən məşğələlər mənim çox xoşuma gəlirdi. Məşğələlər düzgün müəyyən edilmişdi: həm fiziki hazırlıq, həm də çoxlu konsetlər, çıxışlar. Uşaqlığımız daha çox konsertlərlə keçirdi, nəinki yarışlarla. Bizim böyük kollektivimiz və əsas komandaya daxil olmaq üçün rəqabət var idi. Çünki bu qrup həmişə çıxışlara, eləcə də xaricə gedirdi.

Anastasiya:

Mənim şəhərimdə isə hər şey tamamilə başqa cür idi. Hər bir klub öz həyatını yaşayırdı. Əsasən videodan öyrənirdik. Bizim ümumiyyətlə nəinki dünyada, heç Rusiyada və digər kollektivlərdə vəziyyətin necə olduğu barədə anlayışımız belə yox idi.

İlk illərdə məşqçilərlə bağlı çox da şanslı deyildim, buna görə də başlanğıcda bal rəqsləri mənim üçün bir yük idi. Heç nəyin müsbət olmadığı barədə isterikaya qapılırdım. Amma anam israr edirdi və ona görə də məşğələləri davam etdirməli oldum. Amma 14 yaşa çatanda başqa məşqçi, yeni tərəf müqabili ortaya çıxdı, yeni perspektivlər və çıxış imkanları açıldı. Onda artıq tamamilə başqa bir mənzərə yarandı.

İlya:

Əlbəttə, indi müəllimlik fəaliyyətim ərzində uşaqlıqda bizə öyrətdikləri bəzi bacarıqlardan istifadə edirəm. Müəllimlərimizin üzərimizdə ciddi durması bizə uğur gətirirdi. Biz də əlbəttə ki, müəllimlərimiz kimi çox tələbkarıq.

© © Светозар Андреевİlya Makovski və Anastasiya Fedotovskaya
Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik - Sputnik Azərbaycan
İlya Makovski və Anastasiya Fedotovskaya

Anastasiya:

Mənim məşğul olduğum uşaqlara münasibətim tamamilə başqa cürdür. Əvvəllər biz məşqçidən üç kilometr aralı gəzirdik və ondan çox qorxurduq. Belə gərginlik istənilən yaradıcı işdə faydalı deyil. Əlbəttə ki, biz şagirdlərimizə münasibətdə ciddiliyimizi qorumağa çalışırıq, amma bizdə bir məşğələ belə uşaqları "qucaqlamadan" keçmir. Bu, kollektivdə xoş əhval-ruhiyyə yaradır.

"Həmişə dostlara danışmaq üçün təzə şən əhvalatlar baş verir"

İlya:

Rəqqasların həyatı o qədər müxtəlif və zəngindir ki, onlarda həmişə hər cür məzəli və maraqlı hadisələr baş verir.

Bir dəfə Nastyanın kostyumunun lenti uçaraq yoxa çıxdı. Bütün paltarı bu lent saxlayırdı. Biz çıxışdan qabaq onu sancaqla bərkitdik. Nəticədə rəqs zamanı sancaq açıldı və Nastya gülməyə başladı ki, "indi bütün paltarım əynimdən düşəcək". Nastya gülür, sancaq əlimə batır və mən bunu saxlamaq məcburiyyətindəyəm. Birtəhər axıradək rəqs elədik. Meydançadan isə çox qeyri-adi getdik: mən Nastyanın arxasında ona yapışaraq dayandım və biz bir-birinə yapışmış cütlüklər kimi səhnədən getdik.

"Həm gözəl, həm pozitiv, həm də nağıl kimi"

Anastasiya:

Mən Paris turnirini çox sevirəm. Bizdə belə bir ənənə yaranıb ki, məhz həmin yarışda valideynlərim gəlir. Və adətən biz ora balaca şagirdlərimizlə uçuruq və axırıncı günü həmişə Disneyləndə getmək üçün saxlayırıq. Ora bizim daha çox xoşumuza gəlir, nəinki uşaqların (gülür). Ora sanki yeni il şənliyi kimidir, gözəl, pozitiv və nağılsayağı.

© © Аркадий Чигиновİlya Makovski və Anastasiya Fedotovskaya
Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik - Sputnik Azərbaycan
İlya Makovski və Anastasiya Fedotovskaya

İlya:

Bütün Avropa turnirləri mənim xoşuma gəlir. Onlar yaxşılıq, sevinc, xoşbəxtlik atmosferi ilə doludur. Ora yaxşı güclü cütlüklər toplaşır.

"Rəqsdə də istənilən modada olduğu kimi tendensiya mövsümdən mövsümə dəyişir"

İlya:

Dünyada hər şey inkişaf edir, eləcə də bizim rəqslər. İlbəil rəqs idmanı gəncləşir. İndi peşəkarlar tamamilə gənclərdir.

Anastasiya:

Rəqslər mövsümdən-mövsümə dəyişir. Hansısa stil, hansısa özəlliklər mövsümi dəyişikliklərə məruz qalır.

"Əgər rəqs olmasaydı"

İlya:

Əgər rəqs olmasaydı, mən xokkeyə gedərdim. Mən kiçik şəhərdənəm və uşaqlığımda bunun üçün sadəcə şərait yox idi. Amma mən vaxtımın çoxunu konkidən keçirirdim. Həyətdə oynayırdım. Bir dəfə konsertdən bir neçə gün əvvəl axşam biz xokkey oynayırdıq. Şayba mənə tərəf uçdu. Burnum qırıldı. Sarsıntı keçirdim. Gözüm demək olar ki, görünmürdü. Mən çıxışa gələndə məşqçim şokda idi. Amma dedim ki, rəqs edəcəyəm. Məni qrimlədilər, rəqs elədim, amma başım ağrıdan partlayırdı. Amma nə etməli, öz əməllərinə görə cavab verməlisən. Odur ki, xokkey mənim həyatımdır.

© © Афишаİlya Makovski və Anastasiya Fedotovskaya
Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik - Sputnik Azərbaycan
İlya Makovski və Anastasiya Fedotovskaya

Anastasiya:

Mən isə özümü jurnalist, yaxid da radio aparıcısı kimi sınamaq istəyərdim. Həmişə bunu arzulamışam.

"Şagirdlərimizə görə daha çox sevinirik, nəinki özümüzə görə"

İlya:

Bizim "İmpuls" rəqs qrupundakı şagirdlərimizlə işimiz həyatdır. Sən tamamilə balaca uşaqların necə əsl rəqqasa çevrildiyini öz gözlərinlə görürsən. Bizdə elə uşaqlar var ki, onlarla çox erkən yaşlardan işləməyə başlamışıq və hazırda onların artıq 20 yaşı var. Bu, gözünün qarşısında böyüyən ağac kimidir.

Anastasiya:

Öz şagirdlərinin uğurlarını, onların perspektivlərini, medallarını, kuboklarını görəndə, sevinc qışqırıqlarını eşidəndə, onlar üçün daha çox sevinirsən, nəinki özün üçün.

İlya:

Kremldə keçiriləcək Avropa 2019 çempionatının hər bir iştirakçısına heç bir halda dayanmamağı arzulamaq istəyirəm. Həmişə irəliyə doğru getmək lazımdır. Qoy bütün uşaqlar getmək istədikləri yerə çatmağa nail olsunlar.

Anastasiya:

Hamıya uğurlar! Kremldə görüşənədək!

© © Иван Иванович Stanislav Popov
Azərbaycanın təmsilçiləri: Biz daimi inkişafa hədəflənmişik - Sputnik Azərbaycan
Stanislav Popov

Aprelin 13-də Moskvada, Kreml sarayında Latın Amerikası rəqsləri üzrə peşəkarlar arasında WDC Avropa Çempionatı keçiriləcək. Avropa çempionatının baş tərəfdaşı "Qazprombank"dır. Rəqs tədbirinin təşkilatçısı, həmçinin onun daimi aparıcısı Rusiyanın əməkdar incəsənət xadimi, Rusiya Rəqs İttifaqının prezidenti, WDC-nin fəxri vitse-prezidenti Stanislav Popovdur. Sputnik Latın Amerikası rəqsləri üzrə WDC Avropa Çempionatının Beynəlxalq İnformasiya Tərəfdaşıdır.

Xəbər lenti
0