10:58 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9068
Ziyarətçilər Leonardo da Vinçinin Salvatora Mundi əsəri önündə

Dünya şokda: Bəşəriyyətin ən bahalı rəsm əsəri itib

© AP Photo / Kirsty Wigglesworth
MƏDƏNİYYƏT
Qısa URL
241 0 0

“Dünyanın” xilaskarı 2017-ci ilin noyabrında auksionda 400 milyon dollara satılıb.

BAKI, 31 mart — Sputnik.  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərindəki Luvr muzeyinin əməkdaşları dahi Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsərinin harada olduğunu bilmirlər. Sputnik Azərbaycan “The New York Times”a istinadla xəbər verir ki, bu əsər tarix boyu ən bahalı rəsm əsəri sayılır.

Əsərin harada olduğunu daima Əbu-Dabidəki həmkarları və Fransa hakimiyyəti ilə əlaqə saxlayan Fransadakı Luvr muzeyinin əməkdaşları da bilmirlər.

Qeyd edək ki, rəsm əsəri ötən ilin sentyabrında Əbu-Dabidə nümayiş etdirilməliymiş. Amma o zaman BƏƏ hakimiyyət orqanları naməlum səbəbdən əsərin nümayişini təxirə salıblar.

“Dünyanın” xilaskarı 2017-ci ilin noyabrında auksionda 400 milyon dollara satılıb. Onu səudiyyəli şahzadə Bader bin Abdulla bin Məhəmməd bin Farhan əl Saud alıb. Bütün komissiyalar da hesablandıqda, şahzadə ona 450 milyon dollar ödəyib. Bundan əvvəl rəsm əsəri rusiyalı milyarder Dmitri Rıbolovlevə məxsus olub.

Rəsm əsərinin təxminən 1500-cü ildə çəkildiyi bildirilir.

Əsas mövzular