Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında

© Sputnik / Murad OrujovЗдание Центра Гейдара Алиева в Баку
Здание Центра Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Mərkəzi ölkəmiz üçün mədəniyyət və memarlığın yeni dövrünün rəmzidir

BAKI, 27 mart - Sputnik. Dünyada məşhur olan “Vogue” jurnalının Paris nəşrinin portalında dünyanın səkkiz ən gözəl konsert zalı haqqında məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, dünyanın memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi də “Vogue”un siyahısında yer alıb. Mərkəzin məşhur memar Zaha Hadidin şah əsərlərindən biri olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Heydər Əliyev Mərkəzi ölkəmiz üçün mədəniyyət və memarlığın yeni dövrünün rəmzidir. Memar bu əsəri vasitəsilə mədəniyyətimizin müxtəlif həssaslıqlarını və xalqın optimizmini əks etdirməyə çalışıb.

Dünyada böyük musiqiçilərin konsertləri keçirilmiş və ən gözəl hesab olunan bu konsert zallarının gizli sirlərlə dolu və bəzilərinin isə müasir memarlıq əsərlərinin şedevri olduğu vurğulanıb.

Xəbər lenti
0