Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur serialın başa çatacağı vaxt açıqlandı

© Photo : © MNS studio 2014 / "Diriliş Ərtoğrul" serialından kadrTürkiyə istehsalı "Diriliş Ərtoğrul" serialından kadr
Türkiyə istehsalı Diriliş Ərtoğrul serialından kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda da sevilərək izlənilən serialı bənzər film əvəz edəcək

BAKI, 24 mart — Sputnik. Bütün türk dünyasında sevilərək izlənilən “Diriliş Ərtoğrul” serialı başa çatır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq serialın başa çatacağı vaxt da açıqlanıb.

Məlumata görə, TRT1 telekanalında yayımlanan “Diriliş Ərtoğrul” 150-ci seriyasından sonra tamaşaçılarla vidalaşacaq. Serialın 150-ci seriyası mayın 29-da nümayiş etdiriləcək.

Amma bu, serialın tam bitməsi də sayıla bilməz. Çünki “Diriliş Ərtoğrul” payızdan etibarən yayımlanacaq “Diriliş Osman” serialı ilə davam edəcək. Yeni serial 600 il yaşamış Osmanlı İmperiyasının banisi Osman Qazinin həyatından bəhs edəcək.

Xatırladaq ki, “Diriliş Ərtoğrul” artıq bir neçə mövsüm nümayiş etdirilib. Film Azərbaycanda da sevilir və geniş tamaşaçı kütləsi var. Azərbaycanlı hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da filmin bəzi seriyalarınada ozan rolunu oynayıb.

Xəbər lenti
0