Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir ulduz Bakıya gəlir

© REUTERS / HANNAH MCKAYSem Smit Londonda O2 Arena-da Brit Awards tədbirində çıxış edir
Sem Smit Londonda O2 Arena-da Brit Awards tədbirində çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Sem Smit aprelin 27-də konsert verəcək

BAKI, 15 mart — Sputnik. “Qremmi” və “Oskar” mükafatlı pop ulduzu 27 aprel tarixində Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çox sayda mükafata layiq görülmüş və milyonlarla albom satışı ilə böyük uğur qazanmış britaniyalı müğənni Sem Smit 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü - 27 aprel tarixində axşam saatlarında Bakı Kristal Zalında canlı konsert verəcək.

Qeyd edək ki, Sem Smit 2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sem Smit daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilə ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülərək elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkar edilməsi məqsədilə keçirilən sorğuda birinci yeri tutub.  Karyerasına başladığı vaxtdan bu yana “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə 1-ci yeri tutub. “Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 “Qremmi”, 2 “BRIT” və “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında (“Writing’s On The Wall”) “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb. 

Xəbər lenti
0