Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist problemlərin burulğanında: Nə ev var, nə maşın, nə də ki pul

© Instagram / mehribanxanlarovaƏməkdar artist Mehriban Xanlarova
Əməkdar artist Mehriban Xanlarova - Sputnik Azərbaycan
Abunə olmaq
Mehriban Xanlarova maliyyə problemləri ucbatından ağır dövrünü yaşayır

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycanın tanınmış teleaparacısı Zaur Baxşəliyevin "Zaurla günaydın" verilişində əməkdar artist Mehriban Xanlarovanın maşında yaşadığı barədə dedikləri sözlər sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan-ın müxbiri aktrisa ilə əlaqə saxlayaraq soruşub ki, həqiqətən də hazırda onun maddi durumu bu dərəcədə pisdir?

Xalq artisti Aygün Kazımova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti bu dəfə də heyrətləndirdi

Aktrisa bildirib ki, hazırda həyatının ən çətin anlarını yaşayır. O, uzun illər öz sənəti sayəsində halal yolla qazandığı pulların hesabına dolanıb. Onun sözlərinə görə, hazırda onun böyük maddi problemləri var və bu barədə bütün Azərbaycan xalqı bilir.

"Bu proqramın qonağı olaraq öz problemlərimdən danışmaq istəmədim. Hər dəfə bu barədə danışmağın nə mənası var? Hər şey hamıya gün kimi aydındır. Zaur haradansa eşidib ki, mən maşında yaşayıram. Amma bu, əslində belə deyil. Mənim heç avtomobilim yoxdur ki, orada yaşayam, orada gecələyəm. Əgər mənim maşınım olsa, onu satıb özümə kiçik bir mənzil alaram" – deyə Xanlarova bildirib.

Hazırda əməkdar artistin nə evi var, nə maşını, nə də ki, pulu. Amma bu vəziyyəti onu qətiyyən narahat etmir və buna görə xəcalət çəkmir.

"Hesab edirəm ki, bu, həyatdır. Həyatda isə yaxşı vaxtlar da olur, çətin vaxtlar da" – deyən aktrisaya kömək lazımdır. Amma o, kömək üçün heç kəsə müraciət etmək niyyətində deyil.

Xanlarova inanır ki, çətin dövrlər tezliklə arxada qalacaq. Ona maddi problemlərini tezliklə həll etmək lazımdır. Çünki o, təkcə özünü dolandırmır, böyük bir ailə də ona baxır.

Mehriban Xanlarova artıq uzun illərdir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır. O, həmçinin "Bircəciyim", "Sahilsiz gecə", "Sonuncu arzu", "Bomba", "Biz qayıdacağıq", "Kənar adamlar", "Məhkumlar" və bir çox digər filmlərdə çəkilib.

Qeyd edək ki, Mehriban Xanlarova SSRİ Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Xəbər lenti
0