Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezidentin mədəniyyət xadimləri ilə görüşündən məxsusi gözləntilər

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər - Sputnik Azərbaycan
Abunə olmaq
Sənət həm sənətkara, həm dövlətə, həm də xalqa qazandırmalıdır

BAKI, 12 mart — Sputnik. Mart ayının 1-də Prezident İlham Əliyev bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib. Görüşdə xanəndələr, yazıçılar, rəssamlar, bəstəkarlar, rejissorlar, aktyorlar, aktrisalar və başqaları iştirak ediblər.

İlham Əliyev Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İlham Əliyev tanınmış mədəniyyət xadimini mükafatlandırıb

Tədbir zamanı Anar, Firəngiz Əlizadə, Zeynəb Xanlarova, Hacı İsmayılov, Afaq Bəşirqızı, Şəfiqə Məmmədova, Mehriban Zəki, Tahir Salahov və digərləri çıxış ediblər. Tədbir Prezidentin açılış nitqi ilə başlayıb və yekun nitqi ilə başa çatıb.

Tədbirdə çıxış edənləri və onların səsləndirdikləri problemləri diqqətlə dinlədim. Əksəriyyət, sənət adamlarının maddi gəlirləri, ev problemləri, fəxri adlarla bağlı müxtəlif xahişlər etdi. Təkcə Xalq artisti Mehriban Zəki ümumi kino problemindən danışdı və kifayət qədər önəmli məsələlərə toxundu. Əslində, bu çıxışda Azərbaycanfilm Kinostudiyasının fəaliyyətsizliyi eyham olunurdu.

Xalq artisti Afaq Bəşirqızının çıxışı da teatr və gənc sənət adamları adına uğurlu çıxış idi. Ümumiyyətlə, Afaq xanımın bu çıxışında "Afaq Bəşirqızı tək deyil, biz özümüzdən sonra gələnləri fikiləşməliyik" deməsi gənc nəsildə Afaq xanıma xüsusi rəğbət hissi oyandırdı. Təəssüf ki, bu gün sənətkar kürsüsünə oturmuş əksər insanlar özündən sonrakı nəsli unudur və özlərini sonuncu hesab edirlər. Afaq Bəşirqızının nitqi və bu böyük addımı onların hamısına ibrət dərsi idi.

Çıxışları bir-bir təhlil etmək istəmirəm. Maraqlı olan ümumi nəticədir. Görüşdən sonra Musiqili Teatra və Rus Dram Teatrına "Akademik" statusu verildi. Bu, o deməkdir ki, hər iki teatrın kollektivinin maaşları artırıldı. Kino sektoruna 5 milyon manat, Mədəniyyət Nazirliyinə 1.8 milyon manat, Bakı şəhərində fəaliyyət göstərən hər bir teatra 200 min manat, bölgə teatrlarının hər birinə isə 100 min manat vəsait ayrıldı.

Bütün bunlar müsbət, xoş addımlardır. Amma biz ənənəvi problemlərimizdən xilas ola biləcəyikmi? Mədəniyyət Nazirliyinə ayrılan 1.8 milyon manat vəsaitin hara və necə xərclənməsinin hesabatı tələb olunacaqmı? Kinoya bundan əvvəl də pul ayrıldı, amma kino çəkilmədi. İndi ayrılan 5 milyon manat yüksək keyfiyyətli 5 film deməkdir. Bu, kinostudiyadan tələb olunmalı, hər bir qəpiyin hesabatı aparılmalıdır.

Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Prezidentin mesajından doğan ümid və ya mədəniyyət sahəsində vacib islahatlar

Ayrılan vəsaitlər nazirlik əməkdaşlarının, kinostudiya rəhbərliyinin, teatr direktorlarının var-dövlətlərinin artmasına deyil, mədəniyyətin inkişafına, sırvi mədəniyyət xadimlərinin maddi təminatını yüksəlməsinə təkan verməlidir. Təəssüf ki, indiyədək müşahidə etdiyimiz mənzərə bu mənada o qədər də ürəkaçan olmayıb.

Bütün bu halların baş verməməsi üçün ölkədə yeni sənət sistemi yaradılmalıdır. Yaradıcı peşələrin üstünə kiçik məmur idarəetməsi qoymaqla heç bir inkişafa vara bilməyəcəyik. Bu ölkədə bir aktyor truppa müdirinə tabedir, direktora tabedir, nazir müavinlərinə tabedir, nazirə tabedir və s.

Bu qədər tabeçilik altında heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Teatrlarda direktor dövlətə kassa hesabatı verən və teatrın texniki problemləri ilə maraqlanan adi bir fiqur olmalıdır. Bütün öhdəliklər, bütün səlahiyyət və məsuliyyətlər rejissorlara, aktyor və aktrisalara verilməlidir. Bu sistem illərdir ki, Avropada, Amerikada tətbiq olunur və onların mədəni inkişafı göz qabağındadır.

Bu, sadə, maraqlı və uğurlu sistemdir. Bu sistemlə sənət adamları heç bir məmur tabeçiliyində qalmır, səhərdən axşama qədər teatrda boş vaxt keçirmir. Məşqdən-məşqə teatra gəlir, digər saatlarda universitetlərdə, yaxud teatr və kino kurslarında dərs deyir, filmə, seriala çəkilir və s. Belə olan halda yaradıcılığı da məhsuldar olur, maddi gəlirləri də onu qane edir. İndiki halda isə teatr direktorlarının teatrda qurduğu sərt idarəetmə, səlahiyyətlərindən sui-istifadə ilə bu aktyorlar ayda iki tamaşa oynayıb teatr maaşı ilə dolanmaqla məhv olub gedirlər.

Oxşar sistem ədəbiyyat, rəssamlıq, musiqi, kino və digər sahələrə də tətbiq edilməlidir. Yalnız bu halda mədəniyyətə ayrılan vəsait o mədəniyyətin dəyərini bilən, o sənətin özünü bilən usta adamların əlinə düşər və sənət adına qəpiyinə qədər xərclənər. Bəhrəsini də həm dövlət, həm xalq, həm də sənətkar görəcək.

Министр культуры и туризма Абульфас Гараев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Mədəniyyət sahəsində dayanmadan islahatlar gedir" - Nazir

Diqqətimi çəkən digər bir məqam da o oldu ki, görüşdə iştirak edən adamların əksəriyyəti yaşlı sənətkarlar idi. Bunu, haradasa anlamaq olar. İllərdir bu sənətə can qoyan o adamlar qala-qala birdən-birə gənc nəsillə maraqlanmaq doğru da olmazdı. Amma mən çox istərdim ki, növbəti görüş gənc mədəniyyət adamları ilə keçirilsin və artıq ümumi sistemdə müasir dünyaya uyğun köklü dəyişiklik üçün onların fikirləri öyrənilsin.

Bu ənənəvi titul, status, fəxri ad, ev, maaş söhbətləri tarixin qaranlıqlarına gömülməlidir. Sənət həm sənətkara, həm dövlətə, həm də xalqa qazandırmalıdır. İncəsənət kifayət qədər nəhəng və yüksək gəlirli biznesdir. Lakin bunu sənətin bütün dərinliklərini bilən, müasir dünyadan anlayışı olan, zamanla ayaqlaşmağı bacaran, yeni fikirlərə açıq əsl sənət adamları etməlidir. Nazirdən, nazir müavinindən, direktordan sənət qədri bilən olmaz!

Orxan Bahadırsoy

Xəbər lenti
0