15:25 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Çingiz Mustafayev

Azərbaycanın "Eurovision-2019" təmsilçisi və mahnısı bəlli oldu

© Instagram / eurovision.ba
MƏDƏNİYYƏT
Qısa URL
288 0 0

Ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə populyar ifaçı Çingiz Mustafayev təmsil edəcək

BAKI, 8 mart – Sputnik. Azərbaycanı "Eurovision-2019" beynəlxalq musiqi yarışmasında təmsil edəcək iştirakçının adını açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə populyar ifaçı Çingiz Mustafayev təmsil edəcək.

Müğənni bu sevindirici xəbəri özünün Instagram səhifəsində paylaşıb.

“Mənim üçün Azərbaycanı "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsində təmsil etmək böyük şərəfdir. Söz verirəm ki, may ayında Təl-Əvivdə hamıya “Həqiqət”i açacağam. Ümid edirəm ki, klip və mahnı xoşunuza gələcək” – deyə müğənni bildirib.

Mahnının musiqisi Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Çingiz Mustafayevə məxsusdur. Klipin ideyası Marta Rodionova və Maya Miroşneçenkonundur.

Çingiz Mustafayev “Yeni ulduz” layihəsində qələbə qazanandan sonra məşhurlaşıb. Bundan əlavə o, “Yeni dalğa” layihəsinin də iştirakçısıdır, bir çox musiqi nominasiyalarının qalibidir. Hazırda gənclər arasında ən çox sevilən müğənnilərdən biridir.

"Eurovision-2019" müsabiqəsi mayın 14-dən 18-nə kimi İsrailin Tel-Əviv şəhərində keçiriləcək. Müsabiqənin şüarı “DaretoDream”dır (“Özünə arzulamaq imkanı ver”).

Azərbaycan nümayəndəsi müsabiqənin mayın 16-da keçiriləcək ikinci yarımfinalında çıxış edəcək.

Əsas mövzular