00:12 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Natiq Fərzəliyev

"Teatrlara ayrılan pullar aktyorların maddi vəziyyətinə də təsir göstərməlidir"

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
169 0 0

Natiq Fərzəliyev: "Bəzi teatrlarda aktyorlara mükafatlar təyin olunur, ancaq burada da ədalət prinsipi pozulur və eyni şəxslər təkrarən mükafatlandırılır"

BAKI, 7 mart — Sputnik. "Teatrlarda hansısa islahatların aparılmasından danışmaq çətindir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə aktyor Natiq Fərzəliyev deyib.

"Bu gün aktyorlarımız az maaş qarşılığında fədakarlıq edərək fəaliyyət göstərirlər. Bu fədakarlıq çox davam etmir. Bəzi teatrlarda aktyorlara mükafatlar təyin olunur. Ancaq burada da ədalət prinsipi pozulur və eyni şəxslər təkrarən mükafatlandırılır" - o bildirib.

N.Fərzəliyev əlavə edib ki, bu gün aktyorlar sosial problemlər məngənəsində sənət nümayiş etdirirlər: "Onların maaşlarının artırılması lazımdır. Ümumilikdə dövlət tərəfindən teatrlara davamlı qayğı göstərilir, teatr binaları yenilənir, pul ayrılır. Ancaq bunlar aktyorların maddi vəziyyətinə də təsir göstərməlidir".

Əlaqədar

Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var
Azərbaycanlıların sevimli aktyoru vəfat etdi
Tanınmış aktyor dünyasını dəyişdi
Məktəb direktorunu döyən aktyorun məhkəməsində gözlənilməz qərar
Teqlər:
maddi durum, aktyor, teatr

Əsas mövzular